"Bilet alıb Bakıya gələn ilk erməniyəm"

  • 13 okt 2016, 19:20
Bir neçə gün əvvəl siyasi aktivist, hazırda İsveçdə sürgündə yaşayan erməni Vahe Avetianın Azərbaycana gəlməsi geniş müzakirələrə yol açdı. Onu aeroportda Dövlər Təhlükəsizlik Xidmətinin nümayəndələri qarşıladı. Bir müddət sonra isə geriyə yola saldı.
Heydər Əliyev adına Beynəlxalq Hava limanında erməni yazıçı Vahe Avetian özünün facebook profilində hadisə ilə bağlı geniş açıqlama da yazdı. O yazırdı ki, mən sülhün başlanğıcıyam. Bilet alıb Bakıya gələn ilk erməniyəm: "25 ildir bu ölkəyə dəvətsiz, hökümətin razılığı olmadan bir erməni də girə bilməyib. Mən öz istəyimlə gəlmişəm. Qonaq gəlmişəm. Tarixi dəyişirik. Bu gün sülhün başlanğıc günüdür ”
Vahe bildirib ki, enişdən sonra onu aeroportda saxlayıblar. DTX nümyəndələri gəlib, səmimi söhbət ediblər. O da niyə gəldiyini izah edib. Onlar gediblər, söz veriblər ki, proses tezliklə həll olunacaq. Yəqin ki, onu geri göndərəcəklər.
Vahe kofe ve tosta qonaq edildiyini də yazıb. "Oturub söhbət edirik, deyib gülürük. Əla uşaqlardı.”
Hadisə böyük marağa səbəb olub.
 

 

Demokratik.Az
Oxşar xəbərlər