ADAU-da fermerlərə təlim keçiriləcək

  • 07 okt 2016, 09:36

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə zərərvericilərə qarşı effektiv mübarizə üçün təlimlər keçirəcək.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, Nazirliyin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətliliyinin Gücləndirilməsi” Layihəsi çərçivəsində icra olunacaq təlim təklifləri Universitetdə keçirilən beynəlxalq elmi-praktik konfransda səsləndirilib.

"Aqrar elmin, ərzaq təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin inkişaf etdirilməsi üçün beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olunan konfransda "Aqronomluq və aqrotexnologiya” bölməsində "Zərərverən orqanizmlərə qarşı İnteqrir Mübarizə” müzakirə edilib. Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri mövzu ilə əlaqədar təqdimat ediblər.

 "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətliliyinin Gücləndirilməsi” Layihəsinin cəlb etdiyi beynəlxalq mütəxəssislərin araşdırma və təcrübələri yerli fermerlər üçün təşkil ediləcək təlim materiallarında istifadə ediləcək.

 

Demokratik.Az

Oxşar xəbərlər