Demokratik TV
Gəncədə beynəlxalq elmi-praktiki konfrans - Foto
"Gəncə-2016 Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin dəstəyi, "Təbiət Dostları” Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə konfrans təşkil olunub.
"Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfransda MDB ölkələrindən 300-dən çox gənc arasından seçilən 40-a yaxın alimlər, ekoloqlar, iqtisadçılar və gənc fəallar iştirak edib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında vurğulayıb ki, bu işlərə bütün dünyada 2008-ci ildən başlanılıb və "yaşıl iqtisadiyyat"ı inkişaf etdirməklə onun mühüm irəliləyişinə nail olmaq olar. Nazir müavini əlavə edib ki, "yaşıl iqtisadiyyat"ı inkişaf etdirmək yalnız qəbul olunan sənədlərdən asılı deyil, bunun üçün insanların köməyi də lazımdır. İntiqam Babayev əlavə edib ki, layihənin davamı olaraq növbəti illərdə Avropa ölkələri gənclərinin də bu mövzuda bilik-təcrübə mübadiləsini aparmaqla ölkəmizdə bu mövzunun aktuallığına təkan veriləcəkdir.
"Təbiət Dostları” Gənclər Təşkilatının sədri Elşən Nur diqqətə çatdırıb ki, "Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfransın əsas məqsədi- gənc alimlər tərəfindən yaşıl iqtisadiyyat və ümumilikdə davamlı inkişaf mövzusunda bilik və fikir mübadiləsinin aparılması üçün imkan yaratmaqdır.
Konfransda aşağıdakı mövzulara uyğun olaraq 4 fərqli bölmələrə görə elmi-praktik işlərin təqdimatları və müzakirələri aparılıb.
1. Alternativ enerji və ekoloji nəqliyyatın inkişaf perspektivləri
3. Yaşıl tikinti, "ağıllı şəhər” (Smart City) konsepsiyasının tətbiqi
Qeyd edək ki, konfras iştirakçıları üçün Gəncə şəhərində ekskursiyalar və Göygöl Milli Parkında Ekotur təşkil edilib.