Yeni baş nazirin səsi tutuldu — Davudoğlunun xanımı ona kömək etdi

  • 23 may 2016, 09:00

Dünən AK partiyasının fövqəladə qurultayında baş nazir vəzifəsinə yeganə namizəd olan Binəli Yıldırım çıxış edərkən səsi tutulub.

Çıxışına tez-tez fasilə verməli olan Yıldırımın köməyinə eks-baş nazir Əhməd Davudoğlunun xanımı Sarə Davudoğlu çatıb. Belə ki, onun Davudoğlunun 20 aylıq səlahiyyəti dövründə həkimlərə hazırlatdırdığı içki Binəli Yıldırıma təqdim olunub. B. yıldırım müxtəlif bitkilərdən hazırlanan içkini içdikdən sonra danışığına rahatlıqla davam edib.

Qeyd edək ki, Binəli Yıldırım qurultay iştirakçılarından 1405 nəfərin səsini alaraq AK partiyasının yeni sədri və baş nazir seçilib. (qafqazinfo)

Demokratik.Az

Oxşar xəbərlər