Demokratik TV
Xəbər lenti
AKP-nin qurultayına YAP çağrılmadı
- 17 may 2016, 19:37
"Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mayın 22-dəki növbədənkənar qurultayı ilə bağlı YAP-a rəsmi dəvət məktubu gəlməyib”.
Bu barədə Modern.az saytına hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.
O bildirib ki, hakim partya hər zaman AKP-nin bütün ali tədbirlərinə dəvət olunub:
"Yeni Azərbaycan Partiyası (YAP) hər zaman AKP-nin bütün ali tədbirlərinə dəvətli olub və yüksək səviyyədə iştirak edib. Ancaq bu dəfə ki, qurultayla bağlı YAP-a hansısa dəvət müraciəti daxil olmayıb. Çox güman ki, müraciət və rəsmi dəvət olmasa, iştirakımız da gözlənilmir”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı isə deyib ki, AKP-nin budəfəki qurultayına heç bir ölkədən nümayəndə heyəti dəvət almayıb:
"Məndə olan məlumata görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının budəfəki növbədənkənar qurultayına heç bir ölkədən nümayəndə heyəti dəvət olunmayıb.
Ona görə də, Yeni Azərbaycan Partiyası da AKP-nin növbədənkənar qurultayında təmsil olunmayacaq”.
Qeyd edək ki, bir müddət öncə Baş nazir Əhməd Davutoğlunun sədrliyi ilə AKP-nin iclası keçirilmişdi. Partiyanın iclasında Davudoğlunun istefa məsələsi gündəmə gəlmişdi. AKP-nin növbəti qurultayında Əhməd Davudoğlu partiya sədrliyinə namizədliyini verməyəcək. Qurultayın isə mayın 22-də keçirilməsi barədə qərar qəbul edilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti