"Ölümündən bir gün əvvəl qonağım idi" - Ərdoğan ölən milyarder haqda

  • 22 yan 2016, 20:54
Türkiyə prezidenti Ərdoğan deyib ki, dünən vəfat edən milyarder Mustafa Koçun ölümündən bir gün əvvəl onunla görüşüb, zarafatlaşıbmış.

Qonaq gələn Mustafa Koç üçün Ərdoğan "Son axşam bir yerdə idik. Zaraftlaşdıq” – deyib.

Ərdoğan hadisə ilə bağlı jurnalistin sualına cavab verib:

- Mustafa Koçun ölümü barədə nə deyəcəksiniz?


Ərdoğan: "Qədərdən qaşılmaz. Mustafa bəy və Əli bəy mənim qonağım idi. Zarafat etdik. Arıqlamasından damnışdıq. Dedim alkoqolu azaltdınmı? Bəli – dedi. Mən də bundan tamamilə imtina et – dedim. 

"Altay” tankı haqda danışdıq. Səhər tezdən xəbəri görüncə şok oldum. O dəqiqə Əli bəyə zəng etdim. Rahmi bəylə də görüşdüm. Allahdan rəhmət diləyirəm. Türk sənayesində 13 il ərzində çox vacib sıçrayışa imza atdılar”.

 

Demokratik.Az

Oxşar xəbərlər