Xəbər lenti
Bütün xəbərlər

Türkiyənin ən məşhur milyarderi - Mustafa Koç öldü

  • 21 yan 2016, 19:00

Türkiyənin ən böyük şirkətlər qrupundan biri "Koç Holding”in idarə heyətinin sədri Mustafa Koç infarkt keçirib.

Beykoz Dövlət Xəstəxanasına aparılan 56 yaşlı Koçun həyatına təhlükə olduğu bildirilir. 

1960-cı ildə anadan olmuş Mustafa Vehbi Koç 2003 4 apreldən bu yana "Koç Holding”ə rəhbərlik edir. "Fənərbahçe” idman klubunun idarə heyətinin üzvü və İstanbul Qolf Klubunun sədridir.  

***

Son məlumata görə, alınanan bütün tədbirlərə baxmayaraq, vertolyotla Amerikan Xəstəxanasına aparılan Mustafa Koçun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, AKP hakimiyyətindən öncə, Mustafa Koçun Türkiyənin siyasi hakimiyyətinə ciddi təsirləri vardı. Ərdoğan isə Koç ailəsinin siyasi hakimiyyətin idarəçiliyindən uzaqlaşdıra bilmişdi.
 
Demokratik.Az
Oxşar xəbərlər