Müsavatçı sərbəst buraxıldı

  • 17 yan 2016, 22:08
Yanvarın 16-da səhər Siyəzən polisi tərəfindən saxlanılan Müsavat partiyası başqanının şimal bölgəsi üzrə müşaviri Mərdan Mehdi yanvarın 17-də gecə saatlarında sərbəst buraxılıb.

Ona qarşı hər hansı ittiham irəli sürülməyib, amma ölkəni tərk etməyəcəyi haqda iltizam alınıb.

Ölkədə kəskin bahalaşmaya etiraz olaraq yanvarın 12-də Siyəzən şəhərində aksiya keçirilib. Hakimiyyət bu aksiyaları müxalifət partiyalarının təşkil etdiyi etdiyini bildirib. Bundan dərhal sonra Müsavat partiyası Siyəzən rayon təşkilatının sədr müavini həbsə alınıb. Yanvarın 16-da isə Mərdan Mehdi saxlanmışdı.
Oxşar xəbərlər