Aslan Məshədovun müşaviri Azərbaycan səfirinə “Range Rover” bağışlayıb

  • 16 yan 2016, 20:40

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun xanımının bu ölkədə polis müfəttişinə rüşvət təklif etməsi ətrafında yaranmış qalmaqal böyüyüb.

Haqqin.az saytının üzə çıxardığı bu faktdan sonra səfir qalmaqalı yatırmağa çalışıb və rüşvət təklifini inkar edib. Bildirib ki, onun xanımı sürücülük vəsiqəsi almaq üçün pros edurlardan özü keçib və polisə "yeni il hədiyyəsi kimi” 50 avro təklif edib. Polis isə bunu rüşvət təklifi kimi qəbul edərək Antikorropsiya bürosuna məlumat verib. Səfir habelə deyib ki, Bakıya qayıdandan sonra onun xanımı barəsində bu məlumatları yayanlarla şəxsən haqq-hesab çürüdəcək.

Haqqin.az saytı isə E.Zeynalovun barəsində yeni məlumatlar əldə edib. Məlum olub ki, o, xarici işlər naziri Elmar Məmmədyarovun yaxın dostları çevrəsinə daxildir. Səfir postuna da məhz nazir tərəfindən irəli sürülüb.

O da məlum olub ki, E.Zeynalovun adı bundan əvvəl də korrupsiya qalmaqallarında çəkilib. Məsələn, onun Riqadakı çeçen biznesmen, "AB Holding”in sahibi Bislan Abdulmüslimovla dostluğu diplomatik dairələrdə çoxdan məşhurdur. Bu dostluq o dərəcədə irəli gedib ki, B.Abdulmüslimov E.Zeynalova təzə "Range Rover” də hədiyyə edib.

Ancaq diplomat da borclu qalmayıb. Onun sayəsində çeçen əsilli biznesmen Azərbaycan bazarında möhkəmlənə bilib. Məsələn, Bakı marketlərində ən çox satılan smetanlardan olan "Romaşka”nın Abdulmüslimova məxsus

"Dаugavpils gaļas kombināts”da istehsal olunduğu məlumdur. Məlumatlara görə səfir-biznesmen tandemi Bakıya Latviya istehsalı olan kolbasaların da ixracı ilə məşğul olur.

Abdulmüslimovun adı isə tez-tez müxtəlif qalmaqallarda, o cümlədən neft məhsullarının alverində çəkilir. Abdulmüslimov 1967-ci ildə Çeçenistanda anadan olub, Qroznıda neft institutunu bitirib. 25 yaşında "İçkeriya-çeçen respublikası”nın prezidenti Cövhər Dudayevin müşaviri olub. 28 yaşında isə artıq  Aslan Məshədova müşavirlik edib. 90-cı illərin ortalarından Latviyada yaşayır. 2005-ci ildən Latviya vətəndaşıdır.

Demokratik.Az

Oxşar xəbərlər