Umud Mirzəyev 8 qəzeti olan maldardan danışıb

  • 31 may 2019, 14:51

"Hər il təxminən 850-1000-ə yaxın şikayətlər alırıq. Biz bu şikayətləri bir çox hallarda qurumda danışıq yolu ilə həll edirik, rəsmiləşdirmirik”.

Bu barədə Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin və Avropa İttifaqıının maliyyə dəstəyi ilə jurnalistlər üçün təşkil edilən seminarda bildirib.

Umud Mirzəyev qeyd edib ki, şuraya daxil olan şikayətlərin böyük əksəriyyəti ailə, şəxsi həyat, həddi-buluğa çatmamış qızlar barədə yazılan xoşagəlməz yazılar ilə bağlı olub: "Çox təəssüf ki, mətbuatda bu cür hallara yol verilir. Maraqlıdır ki, bu cür yazıların müəllifi çox zaman elə xanımlar olur. Onlar bu cür məqamlarda həmcinslərini tənqid edirlər. 7-8 il bundan əvvəl mətbuat ilə bağlı bizə şikayət gəlmişdi. Araşdıranda məlum olmuşdu ki, Ağdamda mətbuata heç bir aidiyyəti olmayan, heyvandarlıqla məşğul olan birisi 8 qəzet təsis edib və təxminən 100-ə yaxın vəsiqə paylamışdı. Həmin vəsiqələrin də böyük əksəriyyəti xanımlarda idi. Bu xanımlar məmurların qapısına göndərilirdi və s. Beləliklə də jurnalistikaya, mətbuata aid olmayan insanlar yoldan çıxarılır və onlar mətbuatın adına ləkə gətirirlər”.

Oxşar xəbərlər