Amaşovdan həbsdəki jurnalistlərin azad edilməsi üçün ÇAĞIRIŞ

  • 10 mart 2018, 12:27

Mətbuat Şurası (MŞ) yarandığı 15 il ərzində hakimiyyət, media və cəmiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edib.

Demokratik.Az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayında çıxışı zamanı deyib.

Ə.Amaşovun sözlərinə görə, 15 ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin sayı 12 mini ötüb. Şikayətlərin təxminən 70 faizində haqlı tərəf jurnalistlər olub. 

"Bu vaxta qədər Şuraya 3145 şikayət daxil olub. 2213 şikayət həllini tapıb, 932-si razılığa gəlinmədiyindən Şuranın müxtəlif komissiyalarına göndərilib. Şikayətlərdən 159-u Reketçiliklə mübarizə komissiyasında araşdırılıb. "Reket jurnalistika" ilə bağlı araşdırmanın 104-ü ilə bağlı yekun rəy qəbul edilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq edilib, 134 halda media nümayəndələrinə etinasızlıqla bağlı xəbərdarlıq edilib”.

Ə.Amaşov Mətbuat Şurasının tənqid olunması məsələsinə də toxunub: "Təniqd edilənlər iddialarnda bildirilər ki, Mətbuat Şurası daha çox dövlət məmurlarını müdafiə edir, jurnalistlərə qarşı cəbhə açırlar. Bu, yalandır. Son 15 ildə jurnalistlərin əksər problemləri həll olunub. Mediaya dövlət dəstək verir. Azərbaycan mediası iqtisadi baxımdan xeyli inkişaf yolu keçib. Redaksiyaların maddi-texniki bazası möhkəmlənib”.

Ə.Amaşov bildirib ki, onlayn mediada reklam bazarı istənilən səviyyədə olmadığı üçün onlara dövlət dəstəyi mütləqdir: "Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də dəstək lazımdır”.

Ə.Amaşov qeyd edib ki, həbsdə olan jurnalistlərin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi üçün ölkə başçısına müraciət ünvanlanmalıdır: "Bu, humanist addım olar”. 

 

Demokratik.Az

Oxşar xəbərlər