Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:01 - 20.03.2019  
Milyonçu Vardanyanı Xədicə ilə nə bağlayır? – Sensasion
Tarix: 9-03-2019, 13:37 | Bölmə: ---

Son aylar beynəlxalq içtimayət və həmçinin Azərbaycan ictimayəti dünyanın bütün qitələrində fəaliyyət göstərən mütəşəkkil erməni cinayətkar şəbəkəsinin fəlaiyyəti haqqında çoxsaylı ifşa məlumatları ilə tanış olmuşdur

Milyonçu Vardanyanı Xədicə ilə nə bağlayır? – SensasionMəsələn, bu ilin yanvar ayında britaniyalı araşdırmaçı-yazıçı Harold Keynin nəşr etdirdiyi "Narko Qarabağ” ("Narco Karabakh”) kitabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki fəsadları Qafqaz regionundan çox-çox uzaqlara çıxaraq beynəlxalq birliyə dərin təsir göstərə bilən cinayətlərin və cinayətkar şəbəkənin aşkara çıxarmasının şahidi olduq.

Keçən ay isə silahli münaqişələrdə müxtəlif silahların tətbiqinin və onların dünya üzrə daşınmasının izlənilməsi ilə məşğul olan Britaniyanın "Conflict Armament Research" mərkəzinin dərc etdiyi hesabatda Ermənistan dövlət aviaşirkətinin Cənubi Sudandakı vətəndaş müharibəsi regionlarına, Liviyadakı islamçılara və Somalidəki dəniz quldurlarına, mərkəzi və şimali Afrika terrorçularına silah daşımasını ifşa edildi.

Martın 4-ü isə OCCRP - Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi bu dəfə Rusiyada Ermənistanın və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması sxemi üzrə ölkənin hakim elitası ilə sıx əlaqəli böyük investisiya bankı vasitəsi ilə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılması haqqında hesabat dərc etdi.

Hesabatda "Troika” pulyuyan maşını adlandırılan bu sxem korrupsiyalı siyasətçilərə və mütəşəkkil cinayətkarlıq fiqurlarına çirkli vəsaitlərin yuyulması, vergilərdən boyun qaçırılması, mülkiyyətin xaricdə gizlədilməsi kimi fəaliyyət imkanı yaratması haqqında məlumatlar dərc olunmuşdur.

"Troika” sxemi üzrə mənfəətdar isə Rusiyanın "Troika Dialog” kimi tanınan özəl investisiya bankı və Rusiyada qərbyönlü reputasiyaya malik rusiyalı erməni Ruben Vardanyandır.

Qeyd edim ki, Ruben Vardanyan adı diqqətimi ilk dəfə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əhalinin yerləşdirilməsi üçün kəndlər salınmasının maliyyələşdirməsi, bu kəndlərdə məktəb və kilsə tikdirirməsi və ən əsası da Rusiya vətəndaşı olan oğlu David Vardanyanın Dağlıq Qarabağda əsgərlik xidmətinə göndərməsi haqqında məlumatlarla çəkmişdir.

Ruben Vardanyan rusiyalı biznesmen olsa da, daha çox erməni milləti və onun gələcəyi üçün xidmət göstərir, humanitar fondlar adı altında formalaşdırdığı təsisatlar Dağlıq Qarabağ, Livan və Suriyada erməni kəndlərinin salınması, kilsələrinin və məktəblərinin tikilməsi üçün örtük kimi fəaliyyət göstərirdi.

Məsələn, Ruben Vardanyanın təsis etdiyi humanitar təsisatlardan biri Livanda erməni məktəblərinin tikintisini maliyyələşdirir, digər bir humanitar fondu isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və müharibədən əziyyət çəkən Suriyanin ehtiyac içərisində yaşayan erməni əhalisi üçün humantar yardımların təşkili üçün maliyyə toplayır və s.

Əslində bu siyahını bir az da uzatmaq olar, lakin qeyd etmək istədiyim əsas məsələ tamam fərqlidir. Məsələ ondadır ki, Ruben Vardanyanın hər iki "humanitar” layihəsində tərəfdaşları, ictimai lobbisti və koordinatorları amerikalı cütlük - aktyor Corc Kluni və həyat yoldaşı livanlı etnik erməni Amal Alamuddin Klunidirlər. İnternet resursda etdiyim kiçik araşdırma ilə aydın olur ki, ictimai fiqur olaraq Corc və Amal Klunilər Ruben Vardanyanın çoxsaylı layihələrində tərəfdaş və ictimai lobbist qismində çıxış edirlər, ən əsası da belə bir qənaətə gəlinir ki, bu cütlüyün ümumiyyətlə içtimai fəaliyyəti məhz Ruben Vardanyanın Rusiyada yuduğu çirkli pulların hesabına həyata keçirilir.

Bu cütlük, xüsusi ilə Amal Klunin adı ölkəmizdə diqqətli siyasət izləyicilərinə tanışdır, Amal Kluni OCCRP - Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin araşdırmaçısı, jurnalist Xədicə İsmayılın vəkili olmuş, onun həbsdə olduğu dövrdə xaricdə ictimai və hüquqi müdafiə kampaniyalarını təşkil etmişdir.

Nəzərə alsaq ki, Corc və Amal Klunilərin ictimai fəaliyyəti məhz Ruben Vardanyanın Rusiyada TROİKA pulyuma sxemi ilə yuyulan çirkli pulların hesabına həyata keçirilir, onda belə çıxır ki, Xədicə İsmayılın hüquqi müdafiəsi erməniləri Rusiyada yuduğu çirkli pulların hesabına təşkil olunurmuş.

Xatırlayırsınızsa, həmin il OCCRP öz işçilərinin həbsinə cavab olaraq Azərbaycan hökumətinə qarşı "bütün cəbhə boyu müharibə" elan etmişdi. Məhz bu fəaliyyətin nəticəsində biz neçə il ölkəmizin adını müxtəlif ünvansız və yalan məlumatlarla dolu araşdırmalarda, təhrif olunmuş hesabatlarda və bu hesabatların dərc olunduğu Qərb medialarında izlədik.

Məsələn, 2017-ci ildə OCCRP-yə bağlı bir bolqar jurnalistin ifadələrinə istinadən Azərbaycan Hava Yollarının dünyada terror ocaqlarına yükdaşımalarda iştirak etdiyini iddia edilən qeyri-ciddi, faktsız, sübutsuz, uydurma məlumatların şahidi olduq.

Yuxarıda qeyd etdiyim silahli münaqişələrdə silahların tətbiqinin və onların dünya üzrə daşınmasının izlənilməsi ilə məşğul olan Britaniyanın "Conflict Armament Research" mərkəzinin keçən ay dərc etdiyi hesabatda Azərbaycanın deyil, məhz Ermənistan dövlət aviaşirkətlərin dünyadakı terror ocaqlarına - Cənubi Sudandakı vətəndaş müharibəsi regionlarına, Liviyadakı islamçılara və Somalidəki dəniz quldurlarına, mərkəzi və şimali Afrika terrorçularına silah daşıması ifşa edildi.

Bununla da aydın oldu ki, OCCRP ölkəmizin adını belə çirkli əməliyyatlarda hallandırmaqla, əslində, diqqəti bu əməliyyatların real icraçısı olan Ermənistandan yayındırmaq məqsədi güdürdü.

2018-ci ildə isə OCCRP yenə də təsdiqini tapmayan məlumatlar əsasında Azərbaycanın adını çirkli pulların yuyulmasında hallandırmaqla, növbəti dəfə diqqəti əsas çirkli pulyuma maşınından yayındırmaq məqsədi güdmüşdür. Burada xüsusi məqamlardan biri də OCCRP ilə paralel Qərb mediasının da bu istiqamətdə daha çox Azərbaycanın adını hallandırması idi. Ancaq qərbyönümlü olduğu üçün bu qədər çirkli əməliyyatlara bulaşmış Ruben Vardanyanın fəaliyyətinin işıqlandırılmaması haqqında tez-tez söz açdığmız ikili standarların tətbiqinin bariz nümunəsidir. Burada bunu da qeyd etmək yerinə düşər ki, "Amerikanın səsi” öz internet portalında OCCRP-nin Rusiyada Ermənistanın və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması sxemi üzrə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılması haqqında dərc etdiyi məlumatlarda, hesabatın orijinal mətnində adı keçmədiyi, əsas fiqurantların ermənilər olduğu halda, Azərbaycanın adını da əlavə etmişdir. Bunu isə artıq ikili standartlar deyil, qərəz adlandırmaq olar.

Məsələnin digər maraqlı tərəfi isə OCCRP-nin Xədicə İsmayıl kimilərindən istifadə edərək, Ruben Vardanyanın çirkli pullarından bəhrələnməsidir. Belə ki, OCCRP öz əməkdaşlıq etdiyi həbsdəki jurnalistin hüquqlarının müdafiəsini ictimai fəaliyyəti Ruben Vardanyanın çirkli pullarından qaynaqlanan Amal Kluniyə tapşırmaqla, həm də onun çirkli pullardan bəhrələnməsi məqsədini güdmüşdür. Deməli, həm də OCCRP, həm də öz işçilərinin həbsindən bəhrələnmişdir.

Bu, ilk baxışdan həyatın istehzası kimi də görünə bilərdi, ancaq məncə, vəziyyət o qədər də sadə deyil…

Yeganə Hacıyeva ,

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert

Xəbər 670 dəfə oxunub






Oxşar xəbərlər

Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır
YAP gəlirlərini açıqladı:bəs parlamentdən kənardakı partiyalar?
İlham Əliyevin inqilabı - Rauf Arifoğlunun yazısı
Ağsuda heroin satışı ilə əlaqədar iki nəfər tutulub
Tanınmış YAP-çı Polkovnik : "Prezident xeyirxah bir addım atıb"
Emin Milli İlham Əliyevə TƏŞƏKKÜR yazdı
"54 məhkum Ombudsmanın vəsatəti əsasında əfv olunub"
Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Zakir Həsənov əsgərlərlə bayram süfrəsində - VİDEO + FOTO
Əfv sərəncamının icrası tam başa çatdı
Əli İnsanov siyasətə qayıdacaqmı? - Məhbəsdə "YOX" azadlıqda "HƏ"
Fikrət Fərəməzoğlu: “Adımın əfv siyahısında olacağına inanmırdım”
Əli İnsanov ölkədən kənarda yaşamaq istəmir
Məsciddə müsəlmanları qətl edən terrorçu MƏHKƏMƏDƏ
Paşinyanın Azərbaycan xalqına həyasız müraciəti… – Şərh
944 nəfər ÖLÜB-DİRİLDİ: Ölümdən sonra həyat varmış
Əfv olunan siyasi məhbuslar - Tam SİYAHI
“Azərişıq” ASC işıqlı Novruz vəd edir
Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da azadlığa çıxdı - SƏRƏNCAM
Terrorun varlığı da, qibləgahı da şeytandır
Prezident əfv sərəncamı imzalayıb - TAM SİYAHI
ADAU-da “Azərbaycanda aqrar sığortanın tətbiqi - elmi-praktiki konfransı keçirilib
Melioratorlara inandırıcı ittiham: - “Kim pul verir, onun əkin sahəsinə su buraxırlar”
“Oqtay Əsədov spikerdir deyə, ailəsi acından ölməlidir?” - Deputat
Zidandan "Real"ın futbolçularına sərt xəbərdarlıq
Əziz Əliyevin təhsil almasına Hacı Zeynalabidin Tağıyev necə kömək edib ?
Eldar Əzizov Abdin Fərzəliyevin "xətrinə dəyib" - İCLASDA
Vidadi Zeynalov azadlığa buraxıldı
Tahir Kərimli: “Nəsiminin nəşi Azərbaycana gətirilsin”
Köçəryanın həbs müddəti uzadıldı
VII Qlobal Bakı Forumu başladı - prezidentin dünyaya mesajları
İrəvanın Qarabağla bağlı “dəvəquşu” siyasəti
Brexit təxirə salınıb
Moskva vilayətində erməni iş adamı qətlə yetirildi
Evinin sənədi olmayanlara xoş xəbər
“Leş mafiyası”na daha bir ittiham

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12988] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00721] calend [0.00039] topnewsend [0.00272] rsssend [0.00000] ehgend [0.02850] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08988]