Prezident: “Azərbaycan yeni silahlar alacaq”

  • 18 dek 2018, 08:13

Güclü hərbi potensial Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Bu barədə prezident İlham Əliyev bazar ertəsi hərbçilərə yeni mənzillərin verilməsi mərasimində bildirib.

"Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək”, – o qeyd edib.

"Bu il bir çox önəmli kontraktlar imzalanıb. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcək”, – İ.Əliyev bildirib. (Turan.az)

Oxşar xəbərlər