Demokratik TV
Xəbər lenti
Azərbaycan Belarusdan yenə hərbi texnika alacaq
- 19 noy 2018, 19:09
Belarus və Azərbaycan növbəti Belarus hərbi texnikası partiyasının ölkəmizə çatdırılması üzrə müqavilə üzərində işləyirlər.
Virtualaz.org "BELTA”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqların yekununda Azərbaycan prezidenti İlham Əliyev deyib.
Bu gün danışıqların yekunu üzrə Belarus Hərbi Sənaye Dövlət Komitəsi ilə Azərbaycan Müdafiə Nazirliyi arasında hava hücumundan müdafiə silah və texnikasının təchizi sahəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
"Ən qısa müddətdə o, Belarusdan növbəti hərbi texnika partiyasının alınması üçün müqaviləyə transformasiya olunacaq”, - prezident İlham Əliyev deyib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti