Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:47 - 18.04.2019  
“AST Telman”ın vəkili “Rövşən Lənkəranski”nin qətlindən danışdı
Tarix: 5-11-2018, 08:46 | Bölmə: ---

Marina Rusakova: "Telman İsmayılovun heç vaxt Rövşən Caniyevlə işgüzar münasibətləri olmayıb”

“AST Telman”ın vəkili “Rövşən Lənkəranski”nin qətlindən danışdıKeçmiş oliqarx, "Çerkizov” bazarının və "Mardan Palace”nin eks sahibi Telman İsmayılov("AST Telman”) keçmiş tərəfdarlarının "qanuni oğru” Rövşən Caniyevin ("Rövşən Lənkəranski”) öldürülməsində əli olması barədə məlumatı təkzib edib. Rusiya, ardınca Azərbaycan mətbuatında yayılan xəbərlərə Telman İsmayılovun vəkili Marina Rusakova münasibət bildirib. Deyib ki, İsmayılov ailə üzvlərinin qanunsuz cinayət təqibindən narahatdır.

Vəkil deyib ki, Telman İsmayılov heç vaxt mərhum "qanuni oğru” "Lənkəranski” ilə işgüzar münasibətlərdə olmayıb. Bu haqda "Yeni Müsavat”a sabiq biznesmenin rusiyalı vəkili Marina Rusakova məlumat verib.

"Telman İsmayılovun heç vaxt Rövşən Caniyevlə işgüzar münasibətləri olmayıb və mətbuatda yazılanlarda müvəkkilimin adının çəkilməsi yersizdir. Telman İsmayılov Moskvalı biznesmenlər Vladimir Savkin və Yuriy Brilyovun qətl işlərindən savayı hər hansı bir işdə ittiham edilmir” deyə, vəkil bildirib.

Onun sözlərinə görə, bu gün Telman İsmayılova qarşı ittiham 1 nəfərin - Mehman Kərimovun saxta ifadəsinə əsaslanır. Bütün ittiham həmin ifadənin üzərində qurulub. Mehman Kərimovun ifadələrini hər hansı bir sübut, dəlil təsdiqləmir. Mehman Kərimovun belə bir ifadə verməsi üçün ona daha bir ittiham verilib. Bu ittiham Mehman Kərimovun ömürlük həbsə göndərilməsi üçün əsas yaradır. Ona görə də ittihamın götürülməsi müqabilində Mehman Kərimov Telman İsmayılovu şərləməyə razılıq verib. Kərimovdan ifadə təzyiq altında alınıb. Hazırda Moskva vilayət məhkəməsində Telman İsmayılovun adı keçən proses davam etdirilir".

Ä°lgili resim

Xatırladaq ki, biznesmenlər Yuriy Brilyov və Vladimir Savkinin meyitləri 2016-cı ilin mayında Moskva yaxınlığında maşında aşkarlanıb. Hər iki şəxs başlarından aldıqları güllər yaralarından dünyalarını dəyişiblər. Qətl işi ilə bağlı istintaq tədbirləri zamanı məlum olub ki, hadisədən əvvəl Mehman Kərimov hər iki şəxslə telefonla danışıb. İstintaqa cəlb olunan Kərimov bildirib ki, öldürülən biznesmenlərə 800 min dollar borcu olub. Həmin borca görə də onları öldürüb. Istintaq isə Kərimova inanmır, onun cinayətin əsl motivini gizlətmək üçün belə bir ifadə verdiyini ehtimal edir. İstintaqın qənaətinə görə, Telman İsmayılovun killer briqadası olub. Həmin briqada düşmənlərin və İsmayılovların biznes maraqlarına toxunanların aradan götürülməsində iştirak edib. Öldürülən biznesmen Savkinin Telman İsmayılova borcunun olması ehtimalı da var. Telman İsmayılov hər iki biznesmenin qətlini sifariş verməkdə və qanunsuzn olaraq silah gəzdirməkdə ittiham edilir. 2017-ci il noyabrın 11-də Moskvanın Basman Rayon Məhkəməsi Telman İsmayılovun qiyabi həbsi barədə qərar verib. O, həmçinin beynəlxalq axtarışa verilib. Məhkəmə eyni qərarı daha sonra Telman İsmayılovun qardaşı Vaqif İsmayılov haqqında çıxarıb. Qətldə və qanunsuz silah saxlanılmasında ittiham olunan Vaqif İsmayılov da beynəlxalq axtarışa verilib. Vaqif İsmayılov Rusiya Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı olub. 2016-cı ilin sentyabr ayında R.İsmayılov həbs edilib. Qardaşlar həmin ilin may ayında Novorijsk şosesində Vladimir Savkin və Yuri Brilyov adlı iş adamlarının güllələməsində ittiham edilir. Telman İsmayılovun vəkili Marina Rusakova bildirib ki, İsmayılov ittihamları qəbul etmir.

Marina Rusakova bildirib ki, mətbuatda müvəkkilinin Rusiya prezidentinə məktub yazması haqda yayılan  məlumatlar həqiqətə uyğun deyil. Bu haqda bir müddət əvvəl "Kompromat.ru” saytında yerləşdirilən məlumatlar doğru deyil. "Telman İsmayılov Putinə heç bir məktub yazmayıb, uyğun olaraq həmin məktubun mətni də yalandır. Bu məktubun yayılmasında kimin maraqlı olması haqda məlumatsızam. Həmin məktubun Telman İsmayılov tərəfindən yazılmasını qəti şəkildə təkzib edirik” deyə, Telman İsmayılovun Rusiyalı vəkili bildirib. /Y.M/

Xəbər 975 dəfə oxunub






Oxşar xəbərlər

Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib
Özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı - Foto
Balotelli Fransa çempionatının ən yaxşısı seçilib
Azərbaycanda vərəmin müalicəsi neçəyədir?
Talıb Talenin atası bugün Göygöl rayonunda dəfn edilib
Şamaxıda gölün bəndi niyə uçub? – RƏSMİ
Binəli Yıldırım: “İstanbulda seçki murdar olub”
Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradılıb
İlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏR
AXH-nin toplantısında növbəti qalmaqalı: “Çıxarın, o səs yazılarını ortaya...”
“Araz” marketin müdiri intihar etdi
Xətaidə “Eskobar” ləqəbli narkobaron və dəstəsi yaxalandı - FOTOLAR
Azərbaycanda dron “problemi” – Deputat razılaşmır
“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir
“Ruzigar”a 30 sutka həbs cəzası verilib
DİM-də vakant yerlər üçün müsabiqə elan olunub
ABŞ dövlət katibinin müavini Azərbaycanda səfərdədir
Dünyanın 40 ölkəsindən 800-dək uşaq Türkiyəyə gəlib
Gürcüstanda Nəriman Nərimanovun yubileyi qeyd olunub - FOTO
Bankların kredit faizləri gündəmdədir
Tale Heydərov “Qəbələ”ni tərk edib – Açıqlama
Böyükçöl kafedə döyülmə xəbərindən və qənddən" danışdı
"Traktor" azarkeşi Azərbaycan bayrağına görə şallaqlandı - İranda

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17977] initstartout [0.00015] initstartin [0.00063] calstart [0.00825] calend [0.00047] topnewsend [0.00382] rsssend [0.00000] ehgend [0.01355] tagsstart [0.00058] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15229]