Demokratik TV
Xəbər lenti
Demokratik.Az » “Hacı Mazan”ın qoçuluğu ilə bağlı cinayət işi başlandı – VİDEO
“Hacı Mazan”ın qoçuluğu ilə bağlı cinayət işi başlandı – VİDEO
- 13 sen 2018, 11:22
"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun və adamlarının binasında yaşayan sakinin evinə hücum çəkməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
İstintaq faktı xuliqanlıq kimi qiymətləndirib və Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə tövsif edib.
İstintaqın gedişində cinayət işinin CM-in 221-ci maddənin hansı bəndi üzrə araşdırılacağı məlum olacaq. Hadisənin bir qrup tərəfindən törədildiyini nəzərə alsaq, faktın CM-in 221.2-ci maddəsi ilə araşdırılacağı gözlənilir. Bu maddəyə görə, təqsirləndirilən şəxs və ya şəxsləri iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Məslə ilə bağlı BakuPost.az-ın əməkdaşı Hacı Mazanla əlaqə saxlayıb. O, suallara cavab verməyərək telefonunu söndürüb: "Mənə heç bir sual verməyin. Sizi eşitmirəm, Bakıda deyləm, Naxçıvandayam…”
Xatırladaq ki, "Hacı Mazan” və adamları Binəqədi rayonunda "İnam Bayram” MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
“Hacı Mazan” polis bölməsində (VİDEO)
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
Hacı Məmmədov özünü öldürdü
Əylisliyə cinayət işi açıldı
Heydər Əliyevin keçmiş mühafizəçisi “Hafka”nı söydüyünə görə vurulub?
Azərbaycanlılara hücum edən ermənilər barəsində cinayət işi başlanıb
İnternetdə Azərbaycan prezidentini təhqir etmə cinayət məsuliyyəti yaradacaq
Bakıda avtobus sürücüsünə silah çəkən həbs olundu
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti