Əylisliyə cinayət işi açıldı

  • 31 mart 2016, 18:58

Demokratik.Az-ın məlumatına görə,Yazıçı Əkrəm Əylisliyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Bu barədə "Turan” agentliyinə onun oğlu Nəcəf bildirib. Xatırladaq ki,Əylisli sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıqda ittiham olunur. Belə ki, Ə. Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya kitab tədbirinə gedərkən ötən gün Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.DİN-in yaydığı məlumatda bildirilirdi ki,yazıçı münaqişə saldığı üçün saxlanılıb,lakin Əylisli bunu təkzib edib.Yazıçının pasportunu artıq qaytarıblar. CM-in 221.1-ci maddəsi üzrə 160 saatdan 200 saata qədər ictimai iş və ya 1 ilə qədər islah işləri, yaxud 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Daxili İşlər Nazirliyindəki mənbələr məlumatı təsdiqləyiblər.

 

Demokratik.Az

Oxşar xəbərlər