Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:15 - 21.09.2019  
Fədayə Laçın “Qoca”nı qaçırmasının BÜTÜN SİRLƏRİNİ AÇDI
Tarix: 31-07-2018, 21:19 | Bölmə: ---

Bakıda məhbusların qaçmasına köməklik göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb.

Fədayə Laçın “Qoca”nı qaçırmasının BÜTÜN SİRLƏRİNİ AÇDI Publika.az-ın məlumatına görə, Fədayə Laçın prokurorluqda verdiyi ifadəsində kriminal aləmdə nüfuza malik olan "Qoca” ləqəbli Etibar Məmmədovun Ali Ağami ilə birlikdə 23 oktyabr 2017-ci ildə "Bakı-Astara-Bakı” planlı dəmir yol qarovlunun mühafizəsi altında qaçmasına köməklik etmədiyini, bu məqsədlə ona vaqonun pəncərəsini açmaq təyinatlı xüsusi üçkünc açar tapıb göndərmədiyini deyib. Xüsusilə təqsirləndirilən Aqil Nəcəfov Fədayə Laçın ilə üzləşdirilərkən onun əməlini üzünə qarşı deməsindən sonra cinayət əməlini etiraf edib.

O bildirib ki, 1995-ci ilin fevral ayından el şənliklərinə, toylara gedərək müğənniliklə məşğul olub: "Etibar Məmmədovu 2013-cü ildən tanıyıram. Həmin il Hacıqabul rayonunda toyda olarkən Etibarın qardaşı Azadın toyunda da müğənni kimi iştirak etmişəm. Həmin zaman Etibarı tanımışam. Lakin həmin vaxt onunla heç bir münasibət qurmamışam”.

Fədayə Laçının ifadəsinə görə, təxminən 2015-ci ilin avqustunda Şirvan şəhərində toy məclisində olarkən müğənni yoldaşlarından adı yadında qalmayan şəxs ona Hacıqabul rayonunda bir nəfərin ad günün də 1-2 saatlıq oxumağı təklif edib: "Həmin müğənni yoldaşımın dedikləri ilə razılaşdım, axşam saat 21 radələrində toydan çıxdım. Məni şadlıq evinin qarşısında gözləyən maşının müşayiəti ilə Hacıqabul rayonuna getdim. Həmin məclisdə 4-5 mahnı ifa etdim. Orada mənə məlum oldu ki, həmin məclis Etibar Məmmədovundur. Həmçinin məclisdən çıxarkən özünü mənə Etibarın arvadı kimi təqdim edən Mahuzər adlı qadın barmağıma üzük taxdı, Etibarın adından hədiyyə olduğunu dedi. Mahuzər məndən mobil nömrəmi istədi. Mən də istifadəmdə olan mobil nömrəmi ona verdim. Aradan təxminən 10 gün keçəndən sonra mənə vatsapda mesaj gəldi. Baxanda mesajı yazan şəxsin Etibar olduğunu gördüm. "Etibaram, nə sözün olsa, mənə yaza bilərsən”, – məzmunda mesaj yazmışdı. Mən də ona cavabımda "Salam Etibar, necəsən dostum? Yaxşısanmı?” yazdım. Sonra Etibarla yazışmağa başladıq. Onda bildim ki, Etibar qəzəllər, şeir yazmaqla məşğuldur. Özüm də şair təbiətli insan olduğumdan qəzəlləri, şeriyyatı xoşlayıram. Etibarın da qəzəlləri, şeirləri çox xoşuma gəldi. Həmin vaxtdan Etibara yaxınlıq etməyə başladım. Ümumiyyətlə, bir-birimizi sevdik”.

2015-ci ildə Etibar Məmmədovun həbs olunmasından danışan Fədayə Laçın bildirib ki, həmin ilin noyabrın 5-də ölüm hadisəsi baş verib: "Bir qədər sonra Etibar Məmmədov "Abdulla” kimi tanıdığım, əsl adı Ağami Əli şəxslə və "Tahir Maqa” ilə birlikdə həbs olundu. Etibar həbs olunduqdan sonra onunla danışa və ya yanına gedə bilməmişəm. Həmin ilin noyabrında məhdudiyyət aradan qaldırıldıqdan sonra Etibar mənimlə telefon vasitəsi ilə danışmağa başladı”.

Fədayə Laçının sözlərinə görə, 2017-ci ilin mayında istintaq təcridxanasında ilk dəfə Etibarla görüşüb, həmin görüşə tək gedib. Qeyd edib ki, iyulun 29-da Lerik rayonunda konsertdə olan zaman Etibarın iyulun 2-də qatarla Lənkərana gəlcəyi ona məlum idi: "2 və 3 iyul tarixlərində Etibar mənə zəng etdi və harada olduğumu soruşdu. Ona Lerikdə olduğumu dedim. Etibar mənə Lənkəranda polis şöbəsində saxlandığı yerə gəlməyimi, onunla görüşməyimi söylədi. Mən də zəng olunan gündən bir gün sonra saat təxminən 17 radələrində polis şöbəsinə gəldim. Həbsdə olan şəxslərin saxlandığı yerə polis əməkdaşlarının müşayiəti ilə daxil oldum. Həmin vaxt polislər məni bir otağa keçirdilər, az sonra Etibarı da ora gətirdilər. Biz polisin yanında 15 dəqiqə görüşdük. Sonra oradan ayrıldıq”.

Fədayə Laçın bildirib ki, arada Etibar yenə də ona zəng edib, telefonla ünsiyyət saxlayıb: "2017-ci ilin avqustunda Etibar Məmmədov mənə zəng etdi. Danışıq əsnasında Bakı dəmir yolu vağzalına Bakı-Astara qatarının yanına gələrək, dustaqların daşınması vaqonuna yaxınlaşdım. Məni hərbi geyimli bir şəxs qarşıladı, dəhlizdəki bir otağa keçirdi. Etibar Məmmədovun hamı kimi barmaqlıqlar arxasında deyil, iki nəfər üçün nəzərdə tutulmuş kupedə olduğunu gördüm. Həmin kupeyə daxil olan zaman oranın pəncərəsi dəmirbarmaqlı olub və pəncərədə pərdə olub. Otaqda hər bir şərait var idi. Belə başa düşdüm ki, həmin kupe bələdçiyə aid olub. Etibarın yanına keçən zaman nəzarətçi üstümü yoxlamadı, onun yanına buraxdı. Həmin gün Etibarla bələdçinin otağında Biləcəri stansiyasına kimi getdik. Orada vaqondan düşdüm”.

Fədayə Laçının sözlərinə görə, təxminən sentyabr ayında ona Etibarın Aqil adlı dostunun istifadəsində olan mobil telefon nömrəsindən zəng gəlib: "Aqil telefonu konfrans edərək Etibarla danışmağa başladım. Orada Etibar dedi ki, sabah onun yanına gəlim. Ertəsi gün istintaq təcridxanasına gedərək, 4 saat orada oldum. Etibar mənə dedi ki, dəmiryolçuların vaqonlarda istifadə etdiyi üçkünc açar taparaq onun dostu Aqilə verim. Məsələ burasında idi ki, Etibar Məmmədov bacım Telli Balakişiyevanın Bakı-Tibilisi qatarında rəis işləməsini bilirdi. Etibarın bu istəyini icra edəcəyimə söz verdim. Bir müddət sonra həmin açarın qıfılının şəkilini Etibar Vatsap vasitəsi ilə mənə göndərdi, açarı götürüb-götürməyəcəyimlə maraqlandı. Ehtimal etdim ki, Etibar həmin açarla vaqondan qaçmaq üçün istifadə edə bilər. Bu səbəbdən Tellidən həmin açarı Etibar üçün götürməyə tələsmirdim. Hər dəfə Etibarla danışanda təkidlə tələb edirdi ki, açarı Tellidən götürərək, onun dostu Aqilə verim. Hətta Etibar bu səbəbdən bir müddət mənimlə küsdü və danışmadı”.

Fədayə Laçın deyib ki, Etibar Məmmədov istintaq təcridxanasından ona zəng edib və açarı tapıb-tapmaması ilə maraqlanıb: "Dedim ki, açar bir nəfər adım da var, zəng edib götürmək lazımdı. Etibar dedi ki, Aqil zəng vuracaq, açarı götürəcək. Həmin ərəfədə xəstə olduğum üçün mobil telefonumu söndürdüm, evdən çölə çıxmırdım. Bir və ya iki gün sonra mobil telefonumu açanda gördüm ki, Aqil zəng edib. Aqilin mobil telefonunu yığaraq açarı tapdığımı bildirdim. Ona bacım Tellinin tanışı Ədalətin telefon nömrəsini verdim ki, açarı ondan götürsün. Bildiyimə görə, Aqil Ədalətlə görüşüb, açarı ondan alıb”.

Fədayə Laçın bildirib ki, açar barədə bacısı Telliyə deyib və qıfıl açmaq üçün həmin açar tanışlarından birinə lazımdır. Onun ifadəsinə görə, Tellidə bu barədə tanışları ilə maraqlanacağını, ona xəbər verəcəyini deyib. Fədayə Laçının ifadəsinə görə, bir neçə gün sonra bacısı Telli ona açarın tanışı Ədalət adlı şəxsdə olduğunu, ondan götürə biləcəyini deyib.

Fədayə Laçın bildirib ki, Etibar Məmmədov bir neçə gün sonra həmin açarla qatardan qaçmaqda istifadə edib: "Bundan sonra telefonumun yaddaşından Etibar Məmmədovla yazışmanı sildim. Lakin ola bilsin ki, fotoşəkillər telefonun ayrı yerində qalmış olsun. Bildirmək istəyirəm ki, bacım Tellinin Etibarın qaçması planlından xəbəri olmayıb”.

Xəbər 1555 dəfə oxunub






Oxşar xəbərlər

"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.38490] initstartout [0.00024] initstartin [0.00155] calstart [0.01585] calend [0.00087] topnewsend [0.00775] rsssend [0.00000] ehgend [0.04864] tagsstart [0.00102] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30893]