Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Fədayə Laçın əfv edilə bilməz- AÇIQLAMA
Fədayə Laçın əfv edilə bilməz- AÇIQLAMA
- 15 fev 2018, 17:26
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əlimməməd Nuriyev həbsdə olan müğənni Fədayə Laçının müraciətinə aydınlıq gətirib.
Komissiya üzvü bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Əfv Komissiyasının nizamnaməsinə əsasən Fədayə Laçın əfv edilə bilməz.
"Əfv yalnız o şəxslərə aid edilir ki, onlar barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olur. Fədayə Laçın barəsində cinayət işinin davam etdiyi təqdirdə, onun əfv olunması qeyri-mümkündür. Barəsində özü və ya vəkili tərəfindən yalnız həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilə bilər. Bura həmin şəxsin zaminliyə buraxılması, ev dustaqlığı və həbslə əlaqədar olmayan qətimkan tədbirləri daxildir. İstintaq bunun nə dərəcədə məqsədə müvafiq olduğunu, onun şəxsiyyətini, cinayət məsələsinə mane olub-olmamasını və digər məsələləri nəzərə alaraq həbs qətimkan təbiri ilə bağlı pozitiv və ya mənfi cavab verə bilər. Hazırki şəraitdə onun əfvlə bağlı müraciəti baxılmamış saxlanılacaq. Barəsində istintaq aparılan, cinayət işi qaldırılan şəxs və məhkum olunmayan şəxslər barəsində əfv verilmə bilməz”.
Qeyd edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
F.Laçın əfv olunması üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət ünvanlayıb. (Azvision.az)

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Fədayə Laçının şikayətinə baxıldı - Qərar
Fədayə Laçından YENİ XƏBƏR
Fədayə Laçının kriminal avtoritetə görə həbs edilməsinin TƏFƏRRÜATLARI
Əli İnsanov barəsində yeni həbs qətimkan tədbiri seçilib
Sabiq deputata görə 6 iş adamı azadlığa buraxıldı
Şahin Sultanova hökm oxunub
Prokuror vitse-admiral Şahin Sultanova cəza istəyib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti