ARAZ AĞALAROV DA "JARA"DAN DANIŞDI

  • 28 iyul 2018, 19:42

"Crocus Group"un prezidenti, Bakı əsilli rusiyalı biznesmen Araz Ağalarov "Jara” Beynəlxalq Musiqi Festivalını yüksək qiymətləndirib.

Demokratik.Az "Trend”ə istinadən xəbər verir ki, mətbuata müsahibəsində biznesmen deyib:

 

"Jara" festivalı keçmiş Sovet İttifaqı ərazisində olan musiqi məkanında ən böyük hadisədir. Rusiyanın Birinci kanalının festivala diqqət ayıraraq bir neçə gündür ki, tədbiri işıqlandırması onu göstərir ki, bu, çox ciddi musiqi hadisəsidir. Azərbaycanda istənilən beynəlxalq tədbir ölkənin məşhurlaşmasına xidmət edir".

A.Ağalarov bu festivalın Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında böyük rol oynayacağını qeyd edib.

Qeyd edək ki, Bakı üçüncü ildir ki, "Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.

Oxşar xəbərlər