Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:27 - 25.08.2019  
Xanlar Vəliyevdən növbəti SENSASİON AÇIQLAMALAR - "Gəncə olayları"
Tarix: 28-07-2018, 10:35 | Bölmə: ---

Hərbi prokuror icra başçısı Elmar Vəliyevin vurulmasında suçlu bildiyi yeni ünvanları göstərdi; "Radikal müxalifət və dini-ekstremist təşkilatlarla...”

Xanlar Vəliyevdən növbəti SENSASİON AÇIQLAMALARHərbi prokuror Xanlar Vəliyev Gəncə olaylarını "qanlı terror hadisələri” adlandırıb. O, Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsindəkı çıxışında bu hadisələri radikal müxalifət və dini-ekstremist təşkilatlarla xarici dövlətlərin xüsusi xidmət orqanlarının törətdiyini bildirib.

"Radikal müxalifət və dini-ekstremist təşkilatların üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə respublikamızda sabitliyi, əhalinin sakit həyatını pozmaq və qarşıdurma yaratmaq məqsədilə iyulun 3-də və 10-da Gəncədə dövlətçiliyimizə, ölkədəki sabitliyə yönəlmiş qanlı terror hadisələri törədib. Şəhər icra hakimiyyətinin başçısına və onun mühafizəçisinə qarşı sui-qəsd edib, asayişin kobud şəkildə pozulmasının qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetiriblər”, - hərbi prokuror bildirib.

Xanlar Vəliyev Gəncə olayları ilə bağlı əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini vurğulayıb.

Xanlar Vəliyevdən növbəti SENSASİON AÇIQLAMALARİyulun 3-də hərbi prokurorun qardaşı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları bəyan edib ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsi olub.

Bu sui-qəsddən bir qədər sonra - iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Elmar Vəliyevə qarşı törədilən sui-qəsdlə bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə cəhd və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələri ilə cinayət işi başlanıb.

Yunis Səfərovla cinayəti planlamış Gəncə şəhər sakini Ağa Hüseyn oğlu Sərxani "Aslanlar” tərəfindən məhv edilib. İstintaq müəyyən edib ki, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib. Elmar Vəliyevə qarşı törədilən terror aktından ötən müddət ərzində "Aslanlar” bir neçə əməliyyat keçirib. İyulun 3-də hüquq mühafizə orqanları -  DİN, Baş Prokurorluq və DTX birgə açıqlama yayaraq Gəncənin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı törədilmiş hadisənin terror aktı olduğunu elan edib. Həmin rəsmi açıqlamada Elmar Vəliyevə odlu silahdan atəş açmış Yunis Səfərovun hansı dairələrə bağlılığı da birbaşa olmasa da açıqlanıb. Elmar Vəliyevin qardaşı, Azərbaycan baş prokurorunun müavini, ölkənin hərbi prokuroru olan Xanlar Vəliyev Yunis Vəliyevin anasının erməni və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olmasını bildirmişdi.

Rusiya vətəndaşı olan Yunis Səfərovun Qumda və Suriyada xüsusi təlim keçərək Azərbaycana gəlməsi və belə bir qanlı aktı gerçəkləşdirməsi onun konkret olaraq hansı qrupun maraqlarından çıxış etməsini birmənalı söyləməyə imkan vermir. Yada salaq ki, Gəncədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən 2 polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov kəsici-deşici alətlərlə yetirilmiş zərbələr nəticəsində öldürülməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü və 228.4-cü maddələri ilə cinayət işi başlanıb. Qanlı cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və eyni təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən ediliblər. Xüsusi əməliyyat zamanı R.Böyükkişiyev öldürülüb, F.Qasımov həbs edilib. Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 3302 dəfə oxunub






Oxşar xəbərlər

AZAL-ın sabiq prezidenti: “Təyyarənin vurulma ehtimalı var”
Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...
Rasim Balayev: “Paşinyanın ağızını, burnunu vurub əzmək lazımdır!”
Təhsil nazirindən yeni – TƏYİNAT
Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti - Fabrik, otel, zavod... (FOTOLAR)
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
Qabil Hüseynli danışdı - "mənə hücum edənlər..."
Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12984] initstartout [0.00013] initstartin [0.00059] calstart [0.00648] calend [0.00039] topnewsend [0.00299] rsssend [0.00000] ehgend [0.00516] tagsstart [0.00041] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11365]