Elmar Vəliyevə qarşı sui-qəsdin iştirakçılarından biri məhv edildi

  • 25 iyul 2018, 22:11
Elmar Vəliyevə qarşı sui-qəsddə iştirak edən şəxslərdən biri məhv edilib.
 
Demokratik.Az APA-ya istinadən xəbər verir ki, Yunis Səfərovla birlikdə Gəncə Şəhər İcra Başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan, Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə məhv edilib. 
 
Müəyyən edilmişdir ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.



 


Oxşar xəbərlər