Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Düşmən təyyarələri Füzuli üzərindən uçdu
Düşmən təyyarələri Füzuli üzərindən uçdu
- 21 may 2018, 17:01
Ermənistan Müdafiə Nazirliyi mayın 14-19 tarixlərində işğal olunmuş ərazilərdə keçirilmiş hərbi təlimlərin nəticələrini açıqlayıb.
Demokratik.Az oxu.az-a istinad edərək xəbər verir ki, təlimlərdə cənub istiqamətində (Füzuli-Xocavənd) hərbi aviasiyadan istifadə olunub.
Üç mərhələdən ibarət təlimlər Qarabağın cənubundakı poliqonlardan birində keçirilib. Hərbi təlimlərin mövzusu düşmənin qəfil hücumunun qarşısının alınması, qoşunların döyüş hazırlığına gətirilməsi və müdafiə əməliyyatlarının keçirilməsi olub.
Təlimlərin təfərrüatı və istifadə edilən aviasiya tipləri açıqlanmır. Əgər erməni tərəfi, həqiqətən də, hərbi aviasiyadan istifadə edibsə, ehtimal etmək olar ki, Ermənistan hərbi təyyarələri cəbhə xəttinin yaxınlığından uçub.
Bu addım münaqişənin gərginləşdirilməsinə yönəlib və son günlər Ermənistan tərəfindən cəbhə xəttində törədilən təxribatın tərkib hissəsidir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Qarabağda ermənilərin bir döyüş tankı heyəti ilə birlikdə məhv edildi - Düşmənin hücumunun qarşısı alındı (Rəsmi)
Cəbhə bölgəsində vəziyyət gərgindir
Müdafiə Nazirliyi açıqlama yaydı
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Azərbaycan Ordusu bir neçə yüksəkliyi və Seysulan məntəqəsini ələ keçirib-foto
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti