Demokratik TV
Xəbər lenti
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
- 14 apr 2016, 18:36

Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildirilib.
"Qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir”, - deyə məlumatda qeyd olunub.
MN bildirir ki, qoşunların təmas xəttində baş verən bu qanlı provokasiyaya görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaq.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti