Sarkisyan rəsmən baş nazir postuna irəli sürüldü

  • 16 apr 2018, 19:10
Ermənistanın hakim Respublikaçılar partiyası və "Daşnakstyun”un parlament fraksiyaları Serj Sarkisyanın ölkənin baş naziri postuna namizədliyini rəsmən irəli sürüb.

Qərar fraksiyaların keçirdiyi birgə iclasın yekununda qəbul olunub. Cəmi 5 dəqiqə davam edən iclasda Serj Sarkisyan yeganə namizəd olub və qərar hər iki fraksiya üzvləri tərəfindən yekdilliklə qəbul olunub. 

Qeyd edək ki, baş nazir seçimi aprelin 17-si Milli Məclisin iclasında baş tutacaq. 

Xatırladaq ki, hazırda paytaxt İrəvanda müxalif fraksiyası olan "Elk"ın təşkilatçılığı ilə əhali küçələrə axışaraq Sarkisyanın baş nazir postuna gətirilməsi cəhdlərinə etirazlarını bildirirlər. 
Oxşar xəbərlər