Rusiyada daha bir milyarder həbs olundu

  • 02 apr 2018, 08:23


Haqqin.az xəbər verir ki, hüquq-mühafizə orqanları gözlənilmədən ölkənin nəhəng holdinqlərindən biri olan çoxprofilli "Summa” şirkətlər qrupunun sahibi, dağıstanlı milyarder Ziyavuddin (yaxud qısaca Ziya) Maqomedovu, qardaşı Maqomedi və holdinqin digər səlahiyyətli şəxslərini həbs edib.

Ötən gün həyata keçirilən bu həbslər zamanı tutulanlar mənimsəmələrdə, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda və milyardlarla rubl büdcə pullarını talamaqda ittiham edilirlər. Maqomedov qardaşları və onların holdinqlərinin vəzifəli şəxslərinin Rusiyanın 25 regionunda aparılan irimiqyaslı istintaq tədbirlərinin nəticəsində həbs edildiyi açıqlanıb.

Hazırda iş üzrə 9 şübhəli şəxs var. Ziya Maqomedova qarşı irəli sürülən əsas ittiham Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatı üçün tikilən "Baltik Arena” stadionunun tikintisində yol verilən yüz milyonlarla rublu mənimsəmələrlə bağlıdır. Bu stadionun tikintisində baş podratçı azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun "Crocus Group” şirkətidir.

Habelə Maqomedovların Novorossiysk ticarət limanının tikintisində də mənimsəmələrə yol verdiyi bildirilir.

Oxşar xəbərlər