PKK Türkiyədə avtomobil karvanına hücum edib

  • 29 mart 2018, 19:29

Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətində PKK-nın silahlıları avtomobil karvanını atəşə tutub.

"Anadolu” bildirir ki, hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi yaralanıb.

İnsidentdən dərhal sonra terrorçuların zərərsizləşdirilməsi istiqamətində ərazidə əməliyyat başlayıb.

Hadisə ilə bağlı başqa təfərrüatlar verilməyib.

Oxşar xəbərlər