Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:21 - 16.07.2018  
Şahmar Mövsümov niyə Beynəlxalq Banka rəhbər gətirildi?
Tarix: 16-03-2018, 08:36 | Bölmə: ---

Beynəlxalq Bank rəhbərliyində sensasion dəyişikliyin pərdəarxası

Şahmar Mövsümov niyə Beynəlxalq Banka rəhbər gətirildi?Beynəlxalq Bankın rəhbərliyində sensasion dəyişiklik baş verib. Belə ki, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Beynəlxalq Bankın rəhbərliyinə gətirilib. Martın 14-də  "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və ABB-nin İdarə Heyətinin (İH) sədri Xalid Əhədov Müşahidə Şurasının (MŞ) yeni üzvləri təyin olunublar.

Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.

Bəs görəsən, ABB-də baş verən bu dəyişikliklərin səbəbi nədir?

Şahmar Mövsümov niyə Beynəlxalq Banka rəhbər gətirildi?"Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bu proses özəlləşdirməyə hazırlığın bir mərhələsidir: "Təsadüfi deyil ki, Müşahidə Şurasının sədri vəzifəsinə Şahmar Mövsümov təyin olundu. İndiyə kimi həmişə Müşahidə Şurasının sədri Maliyyə Nazirliyindən olurdu. Maliyyə Nazirliyi reallıqda çox qısa müddətdə, yalnız Elmar Məmmədovun İdarə Heyətinin sədri olduğu  dövrdə banka tam nəzarət edirdi. Xalid Əhədov isə daha çox Maliyyə Bazarlarına Nəzarət Palatasına tabe idi.

Şahmar Mövsümov beynəlxalq maliyyə qurumları ilə danışıqlar apara bilən məmur kimi tanınır. Bunu nə dərəcədə bacarıb-bacarmaması başqa bir söhbətin mövzusudur. Amma belə bir imici formalaşıb. Hazırda Neft Fondunda da elə bir gərgin iş  yoxdur, gələn neft pulları toplanır. Bəzi iddialar var ki, Müşahidə Şurasının sədri vəzifəsinə Neft Fondunun icraçı direktorunun təyin olunmasının səbəbi DNF-nin Beynəlxalq Bankda 1 milyard dollar  depozitinin olmasıdır. Ancaq bu depozit, eləcə də ABB-nin digər borcları dövlətin üzərinə keçib. Bunun heç  bir təsiri yoxdur. Bu gün Beynəlxalq Bankın Neft  Fonduna borcu yoxdur. Borc tam olaraq dövlətin borcudur".

Ekspertin fikrincə, Ş.Mövsümovun bankın real idarəçiliyinə təsiri olmayacaq: "Neft Fondunun Maliyyə Nazirliyi, MBNP, o cümlədən Mərkəzi Bank kimi gündəlik gərgin iş rejimi yoxdur. Bu səbəbdən də  ona tapşırıq verilib ki, ABB-nin özəlləşdirilməsi üçün xarici investorlar tapsın, onlarla danışıqlar aparsın, cəlb etsin. Hazırda bu iş onun üzərinə qoyulub. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov çox təəssüf ki, bu bir il ərzində o qədər səhv buraxdı ki... Onu vəzifədən çıxartdılar və yerinə heç kimi təyin etmədilər. Faktiki olaraq, sadəcə, İdarə Heyətinin sədri vəzifəsini onun müavininə həvalə etdilər. Bu isə beynəlxalq maliyyə qurumları, xarici investorlar ilə danışıqların aparılmasını asanlaşdıracaq. Adətən beynəlxalq maliyyə qurumları, xarici investorlar hansısa ölkənin bankında səhm alanda İdarə Heyətinin sədri vəzifəsində kimin olacağına dair ciddi tələblər irəli sürürlər. Bir qayda olaraq elə əcnəbinin təyin olunmasını istəyirlər. Bəzən də yerli kadr olması ilə razılaşırlar, ancaq bu halda da kimin təyin olunmasını onlar seçirlər. Bu baxımdan İdarə Heyətinin sədri vəzifəsini vakant saxladılar ki, Şahmar Mövsümov üçün danışıqlar aparmaq asan olsun. Bu addımların əsas məqsədi odur. Xalid Əhədov özünü doğrultsaydı, bəlkə də o, bu işi axıra çatdıra bilərdi. Sadəcə, birmənalıdır ki, heç bir özünə hörmət edən beynəlxalq maliyyə institutu və ya investor belə aşağı səviyyədə, öhdəliklərin könüllü restrukturizasiyasını həyata keçirmiş İdarə Heyəti sədrinin olması ilə razılaşmayacaq. Xüsusən də Londonda məhkəməni uduzmaq da bir neqativ amildir, xarici investorlar Xalid Əhədovun olmasını istəməyəcəklər. Buna görə də onu vəzifədən uzaqlaşdırdılar. Onun Müşahidə Şurasında qalmasının səbəb isə odur ki, Xalid Əhədov sələflərindən fərqli olaraq, səriştəsiz olsa da, oğru, əliəyri deyil. Öz sahəsini müəyyən qədər bilən kadrdır. Ona görə də Müşahidə Şurasında saxlanıldı”.

Bankın sağlamlaşdırma prosesinin hansı mərhələdə olmasına gəlincə, hüquqşünas bildirdi ki, bankın kreditləri faktiki olaraq dövlətə verilib. Dövlət o kreditlərin pulunu banka verib və indi onların yığılması ilə "Aqrokreditbank” məşğuldur. Beynəlxalq Bankın  ödəyə bilmədiyi kredit borclarını da dövlət ödəyib: "Artıq bunlar dövlətin problemidir, bankın heç bir borcu qalmayıb. Ötən il öhdəliklərin könüllü restruktruzasiyası əsnasında dövlət banka 5 milyard manat ”hədiyyə" etdi, yəni bankın o həcmdəki borclarını üzərinə götürdü. Faktiki bank  4 milyard manat irəli olmalı idi. Ancaq 2017-ci ili ban cəmi 804 milyon manat xalis mənfəətlə bitirib. 3 milyard manatdan çox pul yoxdur. Bəs qalan pullar hanı? Bu o deməkdir ki, bankda hətta Xalid Əhədovun dövründə də qeyri-sağlam  idarəetmə olub ki, 3 milyard manat əriyib gedib. Bu baxımdan bankın problemli kreditlər məsələsi həll olundu, ancaq daxili idarəetmə səviyyəsi, maaşlar, xərclər baxımından optimal idarəetmə görmürük. Əmanətlərə gəlincə, bankın əmanət portfeli də ciddi zərbə gördü. Bu baxımdan bankı hələ sağlam hesab etmək olmaz".

İqtisadçının fikrincə, bu məsələ xarici investorlara da ciddi təsir göstərəcək.

Xəbər 1218 dəfə oxunub






Oxşar xəbərlər

İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM
“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlar
Futbol mündialının üçüncüsü kim olacaq?
FETÖ-nün “Azərbaycan kassası” həbs olundu
“Onun adını “azar” qoydum” - ARAZ ƏLİZADƏYƏ CAVAB
Azərbaycan əhalisinin sayı 9 mln. 929,5 min nəfər
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir
Şəhid polkovniklər “Azərbaycan Bayrağı” ordenilə təltif olunub - Sərəncam
Səfir: “Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb”
Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək
"Çelsi" klubu Antonio Konte ilə yollarını ayırıb- RƏSMİ
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
Gəncədən “qırğın” reportajı: 26 şəvval 1439-da?
Elşad Miri: Məni Adnan Oktara bağlayan səbəb...
Şənbə günü hava necə olacaq?
İlham Əliyev iranlı nazirlə görüşdü
NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...
Hansı icra başçılarının Gəncəyə "perevod" şansı var? - ADLAR - Söylənti
Ən güclü dövlətlər: Azərbaycan 45-ci yerdə
Gədəbəydə bədbəxt hadisə: Tövlədə yanan şəxs öldü
Saxta və yanlış əlillik təyinatları üzə çıxır - ödənişlər dayandı
Gəncədə Gimnaziyanın xanım direktoru gender bərabərliyini pozur - ŞİKAYƏT
Nikol Paşinyan sərsəmlədi - Azərbaycan XİN cavabladı
İnstaqram istifadəçilərinin sayı 1 milyardı ötdü
Gəncədə polis zabitlərini qətlə yetirən şəxslərdən biri Şəmkirdə məhv edildi - RƏSMİ
“Bu prosesdə gizli və güclü bir əl var” - KXCP sədri
Türkiyənin Harun Yəhyası kimdir? - HAQQINDA
İlin ikinci Günəş tutulması hadisəsi başladı
Çavuşoğlu Paşinyanı təbrik edib - erməni etirafı
“DÇ-2018-in ən yaxşısı Modriçdi” - Baş məşqçi dedi
Yunis Səfərov niyə məhz 3 güllə atıb? - ƏN ÖNƏMLİ FAKT
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Deputat
Səhiyyə Nazirliyi "GENERATOR OVU"na başladı - pul büdcədən silinir?
Lotu Qulinin yeni - Fotosu
Baş prokuror və güc nazirləri Gəncəyə gəldi - OLAYLAR NƏZARƏTDƏ
Gəncədə yaralanan polis danışdı: "Hər şey.." - VİDEO
Adnan Oktarın müridi: "O qızlarla cinsi əlaqədə ola bilmirdi”
Kəlbəcərli girovlardan yeni xəbər
“Bu təxribat dövlətə qarşı terrordur” – DİNİ bəyanat
Prezident bu icra başçılarını və şirkətləri HƏDƏLƏDİ
“Total” şirkəti İranda fəaliyyətini dayandırıb
Aytən Səfərova: "Başqasının ərinə "podxod" etməməlidir"
Oktarın evindən xeyli silah çıxarıldı - FOTO
Gəncəyə 8 il rəhbərlik etmiş icra başçısı danışdı: - Müsahibə
Yeddi ildir hər gün sahildə ağlayır - Səbəbi
ÇL: "Qarabağ" mübarizəyə qələbə ilə başladı
QMİ Gəncə hadisələri ilə bağlı bəyanat yaydı
"Cinayətkarlığa aman verilməyəcək" - Oruc Zalov
40 fermerə 1,5 milyon manat ayrılacaq
Bir ay əvvəl Vaşinqtondan gəlmiş xəbərdarlıq: "Rusiya "Gəncə keçidi"ndə..."
Gəncədəki atəş səslərinin Brüsseldəki əks-sədası...
Konstitusiya Məhkəməsinin işçiləri təltif olunub - Sərəncam

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12182] initstartout [0.00014] initstartin [0.00062] calstart [0.00823] calend [0.00043] topnewsend [0.00371] rsssend [0.00000] ehgend [0.01812] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09003]