Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:19 - 20.09.2018  
Azərbaycanda general sayı rekord həddə çatıb - ŞƏRH
Tarix: 13-03-2018, 10:35 | Bölmə: ---

Azərbaycanda general sayı rekord həddə çatıb - ŞƏRH

 

Bir var; ordu generalları, bir də var; generallar ordusu. Torpağının 20%-i işğal altında olan Azərbaycanda sözün həqiqi mənasında generallar ordusu var. Çünki biz generallarımızın sayına görə hərbi qüdrətiylə sinəsinə döyən bir çox ölkələri haqlamışıq. Dünən isə Azərbaycanın generallar siyahısı bir az da böyüyüb.

 

"Hürriyyət”in məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Daxili Qoşunlar Komandanının 1-ci müavini, Qərargah rəisi Tofiq Hüseynov general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

Bununla da ölkəmiz generallarının sayına görə dünyanın ən aparıcı dövlətlərini belə geridə qoymaq yolunda əzmli irəliləyişini davam etdirib.

Azərbaycanda general sayı rekord həddə çatıb - ŞƏRH

 

Belə ki, potensial əsgər sayı 126 min, aktiv əsgər sayı isə 70.000 min olan Azərbaycanda generalların sayı tam bilinməsə də, bu rəqəmin 200 civarında olduğu təxmin edilir. Halbuki, 2 milyon 285 min nəfərlik orduya sahib Çinin 191 generalı var. Biz generallarımızın sayına görə, NATO-nun ikinci ən çox əsgəri olan Türkiyəni belə geridə qoymuşuq. Məlumata görə, 2015-ci ildə 364 generalı olan Türkiyə ordusunda məlum 15 iyul çevrilişindən sonra aparılan təmizləmə əməliyyatıyla bu rəqəm 196-a düşüb. Bizdə isə dəqiq bilinməsə də təxminən o sayda general var və onların sayı durmadan artmaqdadır.

 

İnsafən, generallar ordusu xarakterinə görə Azərbaycan nadir dövlət də deyil. Dünyada bir çox dövlətlər var ki, əsgərləri ilə generalların sayı arasındakı nisbət xeyli təəccüb doğurur. Məsələn, bir çoxumuz bütün parametrləriylə dünyanın ən güclü orduları arasında ilk yeri tutan ABŞ-ın ən çox generala sahib ölkə olacağını təxmin edirik. Sən demə, belə deyilmiş. 2 milyona yaxın əsgəri olan ABŞ-da cəmi 498 general var imiş. Dünyanın önəmli hərbi qüdrətlərindən sayılsa da, hər halda ABŞ-la müqayisə edilə bilməyəcək qədər kiçik İngiltərə isə generallarının sayına görə, super gücü hardasa 2 dəfə geridə qoyur- 186 min nəfərlik İngiltərə ordusunda 820 general var. 200 minə yaxın əsgəri olan Almaniya ordusunda generalların sayı təxminən bizim qədər imiş – 202. Rusiya da qələbəlik generalları ilə seçilsə də, onların sayı tam bilinmir.

Kimin nə qədər generalı var?

Dünyanın 11 ölkəsinin general sayına görə siyahısını təqdim edirik:

1 İngiltərə: 186 min nəfərlik orduda 820 general,

 2 İtaliya: 180 min nəfərlik orduda 485 general,

 3 Yunanıstan: 142 min nəfərlik orduda 319 general,

 4 İspaniya: 129 min nəfərlik orduda 254 general,

 5 Fransa: 217 min nəfərlik orduda 338 general,

 6 Almaniya: 188 min nəfərlik orduda 202 general,

 7 Polşa: 134 min nəfərlik orduda 202 general,

 8 Türkiyə: 582 min nəfərlik orduda 196 general,

 9 Amerika: 1 milyon 497 min nəfərlik orduda 498 general,

 10 Çin: 2 milyon 285 min nəfərlik orduda 191 general,

11 Azərbaycan: 70 min nəfərlik orduda 200-ə yaxın general.

 

Bəs, bu gün generallarımızın siyahısını bir az da artıran Tofiq Hüseynov kimdir?

Barəsində verilən məlumatlardan aydın olur ki, general-mayor T.Hüseynov iki ali məktəb qurtarıb - 1993-1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi, 2013-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsi. Başqa sözlə; yeni generalımız yarı hərbçi, yarı hüquqşünas imiş.

   Daxili Qoşunlar Komandanının 1-ci müavini,  Qərargah rəisi general-mayor Hüseynov Tofiq Vaqif oğlu:

1974-cü ildə Ermənistan SSR, Krasnoselsk rayonu, Ardanış kəndində anadan olmuşdur. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1993-1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, 2013-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.

1997-2003-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında sərhəd zastavası rəisinin müavini, sərhəd zastavası rəisi, sərhəd komendantlığının komendantının müavini – qərargah rəisi vəzifələrində xidmət etmişdir.

2003-2008-ci illərdə Dövlət Sərhəd Xidmətində baş zabit, çevik hərəkət taborunun komandiri vəzifələrində xidmət etmişdir.

2008-2017-ci ilə kimi DİN-nin Daxili Qoşunlarının Baş İdarəsinin Qərargahında Əməliyyat və döyüş hazırlığı İdarəsinin əməliyyat şöbəsində baş zabit, hərbi hissə komandirinin tərbiyə işləri üzə müavini və hərbi hissə komandiri vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 yanvar tarixli 2632 nömrəli Sərəncamı ilə DİN-nin Daxili Qoşunları Qərargahı rəisinin 1-ci müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2018-ci il tarixli 3681 nömrəli Sərəncamı ilə Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2010-cu il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var.

 

Demokratik.Az

Xəbər 3949 dəfə oxunub






Oxşar xəbərlər

DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
İlham Əliyev Çilili həmkarına təbrik məktubu göndərib
“Ruhla danışırdı ki...” – Dediyi vaxtda ölən əməkdar artistin qardaşı DANIŞDI – VİDEO
Türkiyəli qonaqlar Diasporla İş üzrə KOMİTƏDƏ
ADAU-nun elmi şurasında dərs ilinə hazırlıq müzakirə edilib
Xətaidə soyğunçuluq edən qohumlar saxlanılıb
Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
Bank Respublika nağd kreditlər üzrə faizləri endirdi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12947] initstartout [0.00014] initstartin [0.00056] calstart [0.00768] calend [0.00045] topnewsend [0.00449] rsssend [0.00000] ehgend [0.00531] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11029]