Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:39 - 23.07.2018  
Yavər Camalovun ətrafında nə baş verir?
Tarix: 3-03-2018, 13:09 | Bölmə: ---

Nazirin zavodları partlayır, yaxınları odlu silahla tutulur; Camalovların adı sələmə pul verməkdən tutmuş bahalı maşının qaçırılaraq Gürcüstanda satılmasınadək çəkilir

Müdafiə sənayesi naziri Yavər Camalovun adı növbəti  dəfə qalmaqallı bir olayın üzərindən gündəmə gəlib. Nazirin adının yenidən mətbuat səhifələrinə çıxmasının budəfəki səbəbkarı dayısı oğlu Azər Məmmədovdur. Nazirin və Şirvan şəhər icra başçısı Mərdan Camalovun dayısı oğlu olan Azər Məmmədov odlu silahla törədilən xuliqanlıq cinayətlərinin üstünüm açılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən uğurlu əməliyyat tədbiri zamanı ələ keçib.

Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və şöbə əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar.

Yavər Camalovun ətrafında nə baş verir?

Fərzəliyevin üzərindən sandıqçasında 5 ədəd patron olan "Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma zamanı H.Fərzəliyevdən aşkar edilən silah-sursatın dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.

Yavər Camalovun ətrafında nə baş verir?

A.Məmmədovun ətrafında keçirilən əlavə əməliyyat-axtarış tədbirləri ilə onun başqa cinayətinin də üstü açılıb. Belə ki, o, ifadəsində 2015-ci ilin aprelin 21-də Şirvan şəhər sakini Rəsul Əliyevə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı "Makarov” tipli tapança ilə bir neçə dəfə atəş açaraq hər iki ayağından yaraladığını bildirib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Yavər Camalovun ətrafında nə baş verir?

Qeyd edək ki, ayağından güllə yarası alan Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb və həmyerlisi, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan "Odessa Teyyub” kimi tanınıb. 2001-ci ilin noyabr ayının 29-da Rahim Ələkbərov Odessada qətlə yetirildikdən sonra Teyyub Tağıyev də geri dönüb...

Yavər Camalovun ətrafında nə baş verir?

Yazının əvvəlində qeyd etdiyimiz kimi bu, Camalovlarla bağlı ilk qalmaqallı hadisə deyil. Son 4 ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan 4 zavodda bir-birindən dəhşətli partlayışlar meydana gəlib. Sonuncu belə partlayış bu ilin fevralında Bakının Xətai rayonunda yerləşən "Radioquraşdırma” İstehsalat Birliyində yanğınla müşahidə edilən partlayış baş vermişdi. Partlayışın meydana gəlməsi səbəbi haqda məlumat verilmir.

2015, 2016-cı illərdə Yavər Camalovun rəhbərlik etdiyi nazirliyin tabeliyindəki daha 3 zavodda yanğınla müşayiət olunan partlayışlar baş vermişdi. 2015-ci il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika” zavodunda partlayış baş vermişdi. Hərbi təyinatlı zavodda baş verən, 1 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnmişdi.

MSN-in Şirvandakı zavodundakı partlayışdan 1 ay sonra Müdafiə Sənayesi Nazirliyinin Xəzər rayonu ərazisindəki daha bir zavodunda partlayışla müşayiət olunan yanğın baş verib. MSN-in "İqlim” Elmi-İstehsalat Müəssisəsinə daxil olan zavodda avqustun 6-da baş verən yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 20-yə yaxın yanğınsöndürən maşını cəlb olunmuşdu. "Telemexanika” zavodunda 2015-ci ilin iyulunda baş verən olayın səbəbi gizli qaldığı bir vaxtda miqyasına və ölənlərin sayına görə daha dəhşətli partlayış xəbəri yenə də Şirvandan gəldi. "Araz” zavodunda 1 il sonra - 2016-cı il iyulun 26-dakı dəhşətli partlayışın səsi 10 kilometr uzaqlarda eşidilmişdi. Partlayış zamanı göydə uçuşan mərmilərdən bəziləri hətta Şirvan şəhərinin mərkəzi prospektinə də gedib düşmüşdü...

Yavər Camalovun ətrafında nə baş verir?

Ötən ilin noyabrında isə Yavər Camalovun adı növbəti dəfə mətbuatda hallanmağa başladı. Məlum oldu ki, nazirin qardaşı Əlikram Camalovun oğlu Aqşin Camalov dəyəri 63 min manat olan "BMW X 6" avtomobilini avtiosalon vasitəsi ilə Nağı Əliyev-Kəngərlidən alıb. Və nazirin qardaşı oğlu 1-2 ay maşına görə kredit ödəyib. Sonradan isə krediti ödəməkdən yayınıb. Maşını isə Gürcüstana qaçıraraq orada satıb. Nağı Əliyev-Kəngərlinin israrlı zənglərini isə nazirin qardaşı oğlu cavabsız buraxıb.

Sonuncu isə məhkəmələrə üz tutub və iş böyüyüb, mətbuat səhifələrinə çıxıb. Aqşin Camalovun atası Əlikram Camalovun adı da ötən ilin əvvələrində bir sələmə pul vermək işi üzərindən mətbuatın gündəminə gəlmişdi. Məlum olmuşdu ki, Əlikram Camalov həmyerlisi Samir Nəbiyevə 18 min manat sələmə pul verib. Samir Nəbiyev isə pulu qaytara bilməyib. Buna görə də Əlikram Camalov onu həbs etdirmişdi. Məsələ böyüyüb ictimailəşəndən sonra Əlikram Camalov iddiasından geri çəkilmişdi.

Bu məlumatları sadalamaqla Camalovlarının adının gündəmdən düşməməsinin səbəbini axtarmağa çalışdıq. Belə qənaət formalaşır ki, Yavər Camalovun qohum-qardaşı sanki onun qəsdinə durublar. Sanki onlar nazirin adının mətbuatın gündəmindən kəm etməyəcəklərinə söz veriblər...

E.HÜSEYNOV,
"Yeni Müsavat”

Xəbər 1160 dəfə oxunub






Oxşar xəbərlər

İstanbulda "əsrin qarəti"
İsrailin baş naziri korrupsiya ilə bağlı yenidən dindiriləcək
Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlanıb
Sözlə keçən, sözdən keçən ömür - Rauf Arifoğlu 52
"Instagram"da onlayn olanları görmək mümkün oldu
Kuba parlamenti hakimiyyətin yeni tərkibini təsdiqləyib
Çində qsırğa ŞOKU yaşanır - Şanxayda təxliyyə
Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür - REPORTAJ
100 kq-lıq qızılı oğurlayan ailənin 77 evi əlindən alındı
Əli Həsənov: “Əliyevin də Zərdabi qədər rolu var”
Leyla Əliyeva Emin Ağalarovu yeni evlilik münasibətilə təbrik edib
Atəşkəs imzalandı, İsrail HƏMAS-ın hərbi obyektini vurdu
"Beşiktaş" klubu ispaniyalı qapıçı ilə yollarını ayırıb
Yunanıstan terrorçuya siyası sığınacaq verib
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub, 1 nəfər məhv edilib
Sualtı sivilizasiya? yoxsa yadplanetlilərin bazası? - Su pərilərinin sirri
Adnan Oktarın Azərbaycandakı adamının kimliyi açıqlandı (FOTO)
Rusiyalı politoloq erməniləri hədələdi: “Əgər..”
Tramp Çini məhv etmək istəyir? - Milyardlıq vergi
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Atəşkəs rejimi 82 dəfə pozulub
Hələb Türkiyənin nəzarətinə verilir - iddia...
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır
Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”
Səmra Emin Ağalarovun hədiyyəsinə erotik klip çəkdirdi – VİDEO
Azərbaycan Prezidenti Fransa prezidenti ilə görüşüb - FOTOLAR
Türkiyədən qovulan fahişələr Azərbaycana niyə gəlir? – SƏBƏB
Sabahın hava PROQNOZU!
ŞOK - Putinin öyündüyü silahların sirrini QƏRB ƏLƏ KEÇİRDİ
Ermənilər Plovdivdə at oynadır: kriminal qanunlar…
Azərbaycanda nüfuzlu ziyalı dünyasını dəyişdi
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
Prezident: “Daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə hazır olmalıdırlar”
Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12385] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00763] calend [0.00041] topnewsend [0.00279] rsssend [0.00000] ehgend [0.02262] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08899]