Demokratik TV
Xəbər lenti
Demokratik.Az » “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər təsdiqləndi
“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər təsdiqləndi
- 06 fev 2018, 12:33
Azərbaycan prezidenti İlham Əliyev "Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Maddə 15-1. Dövlət qulluqçusunun şəxsi işi
Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır.
Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir.
Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 15-2. Dövlət qulluqçusunun xidməti vəsiqəsi
Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.
Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.
Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
“Hərbi vəziyyət haqqında” Qanunun tətbiqi barədə fərman imzalanıb
Prezident bunu qadağan etdi
İlham Əliyev yeni qanunu təsdiqlədi - Fərman
Prezident Mülki Məcəlləni təsdiqlədi-fərman
Azərbaycanda bu adamları dövlət qoruyacaq
Yeni medal təsis edildi-Fərman
İlham Əliyev 8 sərəncam, 3 fərman imzaladı
"Dövlət Qulluğu"-na imtahanlarda dəyişiklik
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti