Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:20 - 20.11.2019  
Nəsimi rayonunda ağaclar öz-özünə aşır – MÜƏMMA
Tarix: 17-01-2018, 14:09 | Bölmə: ---

Son günlər paytaxtın Nəsimi rayonunda baş verən qanunsuzluqlar, tikinti məqsədilə yaşıllıqların qəsdən qırılması ilə bağlı çoxsaylı faktlar göstərilir. Savash.org-a daxil olan yeni məlumatlarda isə Nəsimi RİH başçısı Asif Əsgərovun gözləri qarşısında ağacların necə və hansı məqsədlə yoxa çıxmasıyla bağlı yeni məlumatlar daxil olub. Bu haqda bir qədər sonra daha ətraflı bəhs edəcəyik. İndilik isə adıçəkilən rayonda baş verənlərlə bağlı son günlər yerli mediada yer almış bəzi faktlara nəzər yetirək.

Nəsimi rayonunda ağaclar öz-özünə aşır – MÜƏMMABakının Nəsimi rayonu, 4-cü mikrorayon ərazisi, Əlisgəndər İsgəndərov küçəsində (Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığı) yerləşən 5 mərtəbəli kooperativ yaşayış binalarının həyətinin bina tikintisi üçün gizlicə satıldığı üzə çıxıb.

Həmin ünvanda sakinlərin illərlə bundan əvvəl saldığı meyvə bağlarının ötən ilin aprelində Nəsimi rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən "ərazinin abadlaşdırılması və park salınması” adı altında məhv edildiyi barədə bundan əvvəl də məlumatlar dolaşıb. Sakinlər narahat idi ki, əslində binaların həyətini park salmaq üçün yox, çoxmərtəbəli binanın tikintisi üçün boşaldırlar və İcra Hakimiyyəti həyəti hansısa MTK-ya gizlicə satıb. O vaxt sakinlərin məsələni mətbuata çıxarmasından sonra işlər dayandırıldı və ağacların bir hissəsini qorumaq mümkün oldu.

Lakin sakinlərin bu narahatlıqlarının boşuna yaranmadığı üzə çıxıb. Həmin həyət "EDiF” MTK adlı hansısa şirkətə çoxmərtəbəli bina tikintisi üçün gizlicə satılıb və şirkət həyətə tikinti materialları töküb. Sakinlər bu dəfə başqa taktikaya əl atıblar-öz vəsaitləri hesabına ağaclar alıblar və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin "Bizim həyət” layihəsinə dəstək olaraq həyətdə yaşıllaşdıma işlərinə başlayıblar.

Sakinlərin bildirdiyinə görə, onlar öz vəsaitləri hesabına 120 ədəd ağac alaraq, yanvarın 13-də və 14-də ərazidə ağacəkmə aksiyası keçiriblər. Aksiyada ümumilikdə 30-a yaxın sakin iştirak edib. Lakin bir müddət sonra ərazidə tikinti aparan "EDiF” MTK-nın nümayəndəsi və polis əməkdaşları gələrək, sakinlərə mane olublar.

Onlar bildiriblər ki, bu ərazi artıq MTK-nın əmlakıdır və sakinlərin burada nəyəsə toxunması, ağac əkməsi qanun pozuntusudur. MTK- nümayəndəsi tələb edib ki, bu gün əkilən ağaclar çıxarılsın.

"Siz bizim qanuni ərazimizdə ağac əkməklə hüququmuzu pozursunuz. Burada ağac əkmək olmaz. Bu yer bizə məxsusdur”-MTK nümayəndəsi bildirib. Sakinlər isə bununla razılaşmayıblar. Onlar bildiriblər ki, hüququ pozulan MTK deyil, sakinlərdir. Sakinlər xəbərdarlıq ediblər ki, əkdikləri ağaclar çıxarılsa etiraz üçün Prezident Adminstrasiyasının qarşısına toplaşacaqlar.

"Prezident İlham Əliyev Bakıda yaşıllıqların məhv edilməsinin yolverilməzliyi barədə dəfələrlə sərt çıxışlar edib, məmurları buna görə cəzalandırıb. Prezidentin qızı Azərbaycanda və dünyada ətraf mühitin mühafizəsi yolunda çalışır, layihələr həyata keçirir. Leyla Əliyevanın irəli sürdüyü "Bizim həyət” layihəsi də bunlardan biridir, bu gözəl təşəbbüs Bakıda yaşayış binalarının həyətlərində yaşıllıq sahələrinin yaradılmasını nəzərdə tutur. Biz də sakinlər olaraq bu layihəyə dəstək veririk, həyətimizdə məmurların aldatma yolu ilə məhv etdikləri yaşıllığı bərpa edirik. İndi hansısa məmur cibini doldurmaq üçün bu həyəti tikinti şirkətinə satıb və bizim əkdiyimiz ağacları çıxarmaqla hədələyir”-sakinlərin müraciətində deyilir.

Ağacəkmə aksiyası zamanı sakinlərlə MTK nümayəndəsi arasında 1 saata yaxın mübahisə gedib. Hələlik əkilən ağaclar çıxarılmayıb. Lakin sakinlər narahatdır ki, bir neçə gün sonra gecə saatlarında MTK nümayəndələri gəlib, əkilən ağacları çıxaracaqlar. Sakinlər bildiriblər ki, onlar həyətlərini qorumaqda iddialıdırlar və bütün lazımı yerlərə də müraciət edəcəklər.

Sakinərin sözlərinə görə, həyətdə Nigar Rəfibəyli adına uşaq kitabxanası var və tikinti şirkəti həmin kitabxananı da sökür.

Qeyd edək ki, həmin ünvanda ağacların kəsilməsi və ərazinin bina tikintisi üçün satılması barədə Nəsimi rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilib. İcra Hakimiyyətindən bildirmişdilər ki, həmin binaların birinci mərtəbələrində yaşayan sakinlər həyəti "qanunsuz zəbt edərək ağaclar əkib”. İndi isə İcra Hakimiyyəti həmin ərazidə səliqə-səhman yaradır, gediş-gəlişə mane olan ağac budaqları kəsilir, abadlıq işləri aparılır. "Ağacların kəsilməsindən və həyətdə bina tikinisindən söhbət gedə bilməz”-İcra Hakimiyyətindən bildirmişdilər.

Lakin fakt ortadadır, ərazinin hansı MTK-ya satıldığı da artıq üzə çıxıb və şirkət əraziyə tikinti materialları gətirib. Tikinti üçün sərəncamı isə yəqin ki, Bakı şəhər İcra Hakimiyyəti verib. Bu, Bakıda son vaxtlar geniş yayılmış praktikadır. Şəhərdə satmağa boş ərazi qalmadığından məmurlar yaşayış binalarının həyətlərini, parkları, yaşıllıq zonalarını, hətta yolun ortasını müxtəlif tikinti şirkətlərinə satır, yaxud özlərinə yaxın şirkətlərin əliylə belə yerlərdə binalar tikir. Sakinləri isə hər dəfə "abadlıq işləri aparılır” adı ilə aldadırlar. Dövlət məmurları, İcra Hakimiyyəti tərəfindən geniş tətbiq edilən bu cür rəsmi dələduzluq əməlini dayandıran olacaqmı?

İndi isə Savash.org-a məlum olub ki, Nəsimi RİH başbilənləri yaşıllıqların səs-küy doğurmadan məhv edilməsi üçün maraqlı "ixtira”ya imza atıblar. Belə ki, sakinlərin ağacların qırılması ilə bağlı çoxsaylı müraciət və şikayətlərindən sonra ağacların gözlənilmədən öz-özünə aşdığı bəlli olub. Bəli, düz oxudunuz, ağaclar sanki möcüzə nəticəsində öz-özünə aşır. Hələlik belə bir anlaşılmazlığın əsl səbəbləri bilinməsə də müəyyən ehtimallar yox deyil. Ən inandlırıcı ehtimal isə bu ola bilər ki, yəqin ağacların kökünə hansısa kimyəvi maddə vurulur ki, bunun da nəticəsində bir müddətdən sonra ağaclar birdən-birə aşır.

Xəbər 2174 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.33238] initstartout [0.00023] initstartin [0.00123] calstart [0.01381] calend [0.00086] topnewsend [0.00764] rsssend [0.00000] ehgend [0.01119] tagsstart [0.00112] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29625]