Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:37 - 25.05.2018  
"Ermənilər bu ərazidə gəlmə millətdir,..."-İlham Əliyev
Tarix: 29-11-2017, 08:43 | Bölmə: ---

"Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir, bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz sözlərini demişlər. Onların arasında ən mötəbər təşkilat BMT-dir". 
"Ermənilər bu ərazidə gəlmə millətdir,..."-İlham Əliyev
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 28-də Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə bildirib.

"BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Yəni, beynəlxalq aləm bu məsələ ilə bağlı öz sözünü deyib. Tarixi ədalət də bizim tərəfimizdədir. Biz hamımız yaxşı bilirik və indi dünya da bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilər bu ərazilərə XIX əsrdə köçürülmüşdür. Bunu əks etdirən bir çox tarixi sənədlər var və bu sənədlərin bir hissəsi, o hadisəni əks etdirən eksponatlar bu gün açdığım Tərtər Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir. Bu, elmi kitablarda da öz əksini tapıb. 1978-ci ildə tikilən və ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə də bunu təsdiqləyir. O vaxt ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyi qeyd olunmuş və bunu əks etdirən abidə ucaldılmışdır. Münaqişə başlayan kimi ermənilər o abidəni dağıtmışlar. Ancaq axıra qədər dağıda bilməmişlər. O abidənin qalıqları tapılıb, bərpa edilib və əyani sübut kimi artıq qorunur. Bu, bütün dünyaya göstərir ki, ermənilər bu ərazidə gəlmə millətdir, köçürülüblər. Necə köçürülüblər, kim tərəfindən köçürülüblər – biz bunu da yaxşı bilirik və tarix bunu təsdiqləyir.

Ona görə, mən həmişə deyəndə ki, Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır, bunu tarixi həqiqətə əsaslanıb deyirdim. Bizim ümumi işimiz ondan ibarətdir ki, bütün dünya bunu bilsin və artıq biz bunu görürük. Bizim səylərimiz və yorulmaz fəaliyyət nəticəsində dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı fikir formalaşıb. Qeyd etdiyim kimi, bütün mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bunu təsdiqləyən bir çox qərar, qətnamələr qəbul edilmişdir. Dağlıq Qarabağın tarixi keçmişi haqqında biz bütün dünyaya məlumatlar təqdim edirik.

Bu yaxınlarda Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə qəbul edilmiş yekun Bəyannamədə də Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqlənib və dəstəklənib. Bu, bizim böyük diplomatik nailiyyətimizdir. Ona görə münaqişənin həlli yolları bu tarixi həqiqətə, ədalətə və beynəlxalq hüquqa əsaslanmalıdır. Əminəm ki, belə də olacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Heç vaxt biz imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, vaxtilə işğal edilmiş və tamamilə dağıdılmış Cocuq Mərcanlıya aprel döyüşləri nəticəsində bu il Azərbaycan vətəndaşları qayıdıblar: "Eyni zamanda, vaxtilə işğal altında olmuş bu ərazidə bu gün, bax, bu gözəl şəhərcik salınıb. Bu, bir daha onu göstərir ki, biz öz torpağımızda yaşayırıq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycana məxsus olan ərazidir, torpaqdır. İndi biz sizinlə bu torpaqda – işğalçılardan azad edilmiş torpaqda görüşürük. Burada Azərbaycan vətəndaşları yaşayacaq və Azərbaycan bayrağı dalğalanır".

Xəbər 735 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda keçiriləcək oyunların tarixi bilindi - Avro-2020
"Jurnalisti yerə yıxıb, üstündə oturub..." - CİNAYƏT İŞİ
Azərbaycan Putindən də təbrik aldı
İlham Əliyevi sevməmək üçün səbəblər…
200 manatlığa ehtiyac var idimi? Ekspert açıqladı
Prezident əfv imzaladı - 634 nəfər azadlığa - TAM SİYAHI
Tramp Azərbaycan Prezidentinə təbrik yazdı
İbrahimbəyovdan XƏYANƏTKAR davranış – Əli Həsənov çağırış etdi
Müəllimi polisə verən direktor Təhsil Nazirliyinə çağırıldı – YENİLƏNİB
DİN: 79 kq narkotik vasitə aşkarlanıb
Deputat oğlunun adı yenə qalmaqalda- milyonluq iş
Məhşur futbolçu 9 milyon avro cərimələnib
Ailələrin dağılmasında facebook-un günahı...
İki dünya nəhəngi arasında gərginlik: ABŞ və Çin...
FALINIZA BAXIN! - 24 may
Zöhrə Abdullayevanın oğlu vəfat etdi – FOTO
2010 yaşayış və qeyri-yaşayış obyekti söküləcək
İlahiyyat İnstitutuna bina ayrıldı
Elladadan cəsarətli və seksual paylaşım – FOTO
Ronaldo sevgilisi ilə belə dincəlir – Foto
Məmur-oliqarxların zəbt etdiyi torpaqlar əllərindən alınır
Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – TƏFƏRRÜAT
DTX milyonları oğurlayan hakerləri saxladı
Səfər Mehdiyev Əbülfəz Məlikovu bitirə biləcəkmi? - ŞOK GƏLİŞMƏ
Əkilməyən torpaqlar geri qaytarılır - XƏBƏRDARLIQ
Ermənistan hərbçisinin sıngərdə meyiti aşkarlanıb
Məktəblilər arasında bilik olimpiadası keçirilib
Şou-biznes əhlinin narkotik “sevgisi” - səbəb nədir...
Azərbaycanda ev tikmək qaydaları qəlizləşdi
“İNDİ ADAM BALASI KİMİ İŞLƏYİRLƏR..” - “Cavid Qurbanov
ƏFV SƏRƏNCAMINA GÜNLƏR QALDI
Bakı meri postunu bir qadın idarə edir
Əli İnsanov ƏFVlə azadlığa buraxıla bilər
UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər
“Rusiya Ermənistandan gedəcək” -Tofiq Zülfüqarov
MÜHARİBƏ ANONSU - DEPUTAT VƏ POLKOVNİK DANIŞDI
FALABAXMA – 23 may
Tramp: “Şimali Koreyanı güclü dövlətə çevirəcəyik”
Azərbaycan neftinin bir bareli 80 dollara çatır
Əfv daha çox kimlərə şamil olunacaq? - AÇIQLAMA
“Korrupsioner məmurlara ömürlük həbs verilsin”
Qızıl bahalaşıb
Azərbaycan niyə toyuq əti ixracatına başlamır?
"Qusqa"-nın “satdığı” AXCP üzvü azadlıqda…
İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı
Müxalifətçi 30 sutkalıq həbs cəzası aldı
Ərli qadınların yubkasında əxlaq axtaran Manaf Ağayev
Azərbaycanda Aqrar Tədqiqatlar Mərkəzi yaradılır
Bakıda iki nəfərin öldüyü dəhşətli partlayışdan - Videolar
Şamaxıdakı qəzalı körpü yenidən tikilir – VİDEO
ABŞ ordusu Suriyadan çıxacaqmı? - Açıqlama
Anna Netrebko Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib
Milli Məclis növbədənkənar toplanacaq
Elmar Vəliyevdən "CÜMHURİYYƏT İLİ" SABOTAJI
Müharibə başladı: 10-dan çox ölü var
Düşmən təyyarələri Füzuli üzərindən uçdu
Sabiq icra başçısına yeni vəzifə verildi (FOTO)
Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlanıb
"Fənərbağça"nın baş məşqçisi istefa verdi
İnam Kərimov sabiq bankirə “Aqrolizinq”də yüksək vəzifə verdi
Yəməndə İŞİD komandiri həbs edilib
Metro istifadəçilərinə şad xəbər
“MTN işçisi” polisi şantaj etdi və… – Təfərrüat
Moskvada Azərbaycanlı biznesmen həbs edildi
Azərbaycan Cumhuriyyətinin 100 illiyi İllinoisdə qeyd edildi
Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
Paşinyanın siyasi ömrü sürətlə bitə bilər
Tramp ABŞ-a ilk kimi çağıracaq - İlham Əliyevi yoxsa Paşinyanı?
QOROSKOP – 21 may
Naftalanın yeni icra başçısı kimin oğludur?

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12519] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00758] calend [0.00042] topnewsend [0.00262] rsssend [0.00000] ehgend [0.00518] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10817]