Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:08 - 19.06.2018  
Topdağıtmaz gömrük krallığı: Əbülfəz Məlikov-Anar Allahverdiyev tandemi
Tarix: 10-11-2017, 18:53 | Bölmə: ---

Topdağıtmaz gömrük krallığı: Əbülfəz Məlikov-Anar Allahverdiyev tandemiBu günlər ölkə mediasında və ictimaiyyət arasında geniş müzakirə olunan mövzulardan biri də kəra yağının qiyməti məsələsi oldu. Bu ərzaq məhsulunun birdən birə hədsiz bahalaşması elə bir ajiotaj yaratdı ki, hətta işə dövlət başçısı özü müdaxilə etməli oldu. Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldıldı. Amma heç kəsə sirr deyil ki, problemin tək səbəbi yalnız rəsmi gömrük idxal rüsumu deyil. Kərə yağı da digər bir çox məhsullar kimi monopoliya altındadır və qiymət artımının əsas səbəblərindən biri həmin monopolistlərin bazara hökm etməsidir. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar və təhlillər isə ilginc məqamları üzə çıxarıb.

Yağ monopolistləri: Siyahıda Əbülfəz Məlikovun da adı var

Azərbaycanda bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır. Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur. Bir qutudan artıq yağı gömrükdən keçirməyə qoymurlar. Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Bu biznes "broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun monopoliyasındadır. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalardan əldə etdiyimiz məlumata görə, Ə.Məlikovun idxal etdiyi yağların içinə balina yağı və heyvanların iç piyini qatırlar: "Ölkədə kərə yağlarının dəqiq mükəmməl ekspertizası aparılmır. Uzun müddət ölkədə balina yağı, heyvanın iç yağlarından qatıb, üzərinə ekoloji cəhətdən təmizdir yazılmış və kərə yağını imitasiya edən, açanda onun qoxusunu verən "Toplyonoye maslo”, "Novvejskoye maslo” olub. Bunların üzərində inək şəkli vardı. Hətta yerli "Fazil” firması kərə yağını imitasiya edən və tərkibində ümumiyyətlə kərə yağı olmayan kərə yağına bənzər mallar buraxırdı. İnsanlar da bunu kərə yağı kimi alırdı. Xüsusən də dəmir qablarda qablaşdırılmış, açanda kərə yağının qoxusunu verən, hansı ki, bu qoxuya kimyəvi maddələr vasitəsilə nail olunur, onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Ancaq Ə.Məlikovun sayəsində keyfiyyətsiz məhsullar Azərbaycan bazarına buraxılır”.

Əbülfəz Məlikov kimdir?

Adı zaman-zaman mediada şübhəli və kriminal əməllərdə hallanan Ə.Məlikov öz bioqrafiyasını nə qədər gizli saxlasa da (uzun müddət onun fotosu belə media üçün əlçatmaz olub) cumhuriyyet.az olaraq mətbuatda yayılan məlumatlar əsasında müəyyən xronologiya əldə edə bildik: "Əbülfəz Məlikovun böyük biznesə müəmmalı bioqrafiyası olan iranlı şəriki Əhəd ağa vasitəsi ilə başlayıb. Əhəd ağa vaxtilə Bakı Dəmir Yolu Vağzalında xırda ticarətlə məşğul olan Ə.Məlikovun qüdrətli monopolistə çevrilməsində əsas rol oynayıb. Əhəd ağa isə 4 il öncə ləğv edilən "RoyalBank” Müşahidə Şurasının sədri Əli Cemin yaxın qohumudur. Azərbaycan KİV-də yayılan məlumatlarda hər iki şəxsin adı İran kəşfiyyatı ilə bağlı hallandırılır. Əhəd ağa ilə "Shams al Sahra FZJO” şirkətinin 50 faizinin payının məxsus olduğu Mənüçöhr Əhədpur Xənqanın əslində eyni adam olduğu bildirilir. Ə.Məlikov bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrilir. Onun "Royalbank” vasitəsi ilə İrandan çirkli pulların yuyulmasında fəal iştirakı barədə də məlumatlar var. Güman ki, ilkin kapitalı da məhz çirkli pulların yuyulmasından qazanıb. Əbülfəz Məlikov sonradan Kəmaləddin Heydərovla Vergilər Naziri Fazil Məmmədovun siqaret biznesini yönəldib. Burada etimad qazana bildiyindən daha sonra onu siqaret fabrikinə direktor təyin ediblər. Bundan sonra isə Əbülfəz Məlikov 2006-cı ildə yaradılan «Trans Broker» MMC adlı quruma rəhbərlik etməyə başlayıb. Məhz həmin il Kəmaləddin Heydərov Gömrük Komitəsinin sədri vəzifəsindən Fövqəladə Hallar Naziri vəzifəsinə sıçrayış etdi. Onun yerinə fövqəlnazirin komandasından olan Aydın Əliyev təyin olundu. Lakin Kəmaləddin Heydərov Gömrük sistemini və orda dövr edən qara pulları tam nəzarətində saxlamaq üçün alternativ sistemi yaratdı – "Trans Broker”.

"Trans Broker” – sahibkarların qorxunc röyası, çirkli milyardlar

Qeyd edək ki, gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən "Trans Broker” MMC Gömrük Məcəlləsinin 22 maddəsinə əsaslanaraq yaradılıb. Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. "Trans Broker” MMC də himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edir. "Trans Broker” MMC-nin iş prinsipi – rüşvət yığma metodu da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti şəxsi hesablara yönəldir. Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət "Trans Broker” MMC-nin işçilərinə «haqq» ödəməlidir. Bu şəbəkəyə Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və rüşvəti də onlar alıb mərkəzə ötürür. Onlar oliqarxların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. "Trans Broker” MMC iş adamlarının idxal etdiyi məhsuldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70 faizini əvvəlcədən rüşvət şəklində onların əlindən alır. Ancaq bununla da kifayətlənməyib, iş adamlarını cinayətə məcbur edir, onları gətirdikləri malın dəyərini rəsmi bəyannamədə dəfələrlə aşağı göstərməyə təhrik edirlər. Yığılan rüşvət isə "Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır.

"Broker” şefinin "kassa”sı – Anar Allahverdiyev

"Broker” MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyevdir. Bu şəxslə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar maraqlı məqamların üzə çıxması ilə nəticələndi.

Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun "Broker” MMC-nin "kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Anar Allahverdiyevin "Broker” MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olması və əldə etdiyi pullarını istədiyi kimi, əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar. Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun "bəzi işlərini” görüdüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində iştirak etdiyi deyilir. Məlumatda qeyd olunur ki, Əbülfəz Məlikov "Broker” MMC-nin əli ilə əldə etdiyi milyonlarla manat vəsaitləri xalası oğlu, ən inandığı adamına etibar edib. Adı "Broker” MMC-nin işçisi kimi yazılan Anar Allahverdiyev demək olar ki, ilin 7-8 ayını Amerikada və Avropada keçirir. Onun bu qitələrə məhz Məlikovun tapşırığı ilə getdiyi və işlər gördüyü iddia olunur. Mənbələr bildirir ki, Anar Allahverdiyev öz əyləncələrindən də qalmır. ABŞ və Avropa səfərləri zamanı dünyanın ən bahalı məkanlarında istirahət edən Əbülfəz Məlikovun "sağ əli” "Broker” MMC-nin "pulları”nı kef məclislərinə xərcləyir. İddia edilir ki, bu şəxs "Broker” MMC-nin çirkli pullarının hesabına Amerikada və Avropada ayda ərzində 200-300 min manat xərcləyir. Məlumatlı mənbələr həmçinin iddia edir ki, Anar Allahverdiyevin Bakı şəhərində onlarla mülkü var. Onun sahib olduğu mülklərin, obyektlərin əksəriyyətinin Əbülfəz Məlikova məxsus olduğunu demək olar. Paytaxtın Teymur Əliyev küçəsində yan-yana tikilən 3 villanın təkcə qiyməti 10 milyon manata yaxındır. İsmayıllı, Qəbələ, Quba, Şamaxı, Qax rayonlarında onlarla imarətin qiymətini isə hesablamaq çətindir. Anar Allahverdiyevin sürdüyü maşınların ən ucuz qiymətiinin 150 min dollar olduğunu qeyd edə bilərik.

Bu son deyil…

Yalnız bir yazıda cumhuriyyet.az olaraq Azərbaycan gömrüyündə kök salan mafioz sistemi tam çılpaqlığı ilə göstərmək qeyri-mümkündür. Bir tərəfdən məlumatların ciddi-cəhdlə gizli saxlanılması, digər tərəfdən iri media qurumları ilə sıx əlaqələri bu şəbəkənin hələ ki, tam ifşa olunmasını gecikdirir.

Xəbər 1614 dəfə oxunub






Oxşar xəbərlər

Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI
Generallardan Ərziman Əliyevə ağır sözlər- CİNAYƏT MƏSULİYYƏTİ VAR
Millət vəkili: DÇ-də “Real”a azarkeşlik edəcəm
"Hürriyet" Dəniz Baykalın son fotosunu yaydı
Ərəstun Oruclu Hərbi prokuror Xanlar Vəliyevi XƏYANƏTdə suçladı - Təfərrüat

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14873] initstartout [0.00013] initstartin [0.00058] calstart [0.01007] calend [0.00066] topnewsend [0.00515] rsssend [0.00000] ehgend [0.00910] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12227]