46 yaşlı qadını yeyən manyakdan xəbər var

  • 30 okt 2017, 08:04

2014-cü ilin sentyabrında ABŞ-ın İndiana Ştatında qız dostunu öldürüb yeyən və buna görə həbs edilən Cozef Oberhansley məhkəməyə çıxarılmayacaq.

2014-cü ildə 36 yaşlı Cozef Oberhansley 46 yaşlı sevgilisi Tammy Blantonu zorla evinə gətirib. İstintaq materiallarına görə, Cozef köhnə sevgilisinə təcavüz etdikdən sonra biçaqlayaraq öldürüb və bədəninin bir hissəsini yeyib.

Həbs edilən şəxsin vəkilləri məhkəməyə arayış təqdim ediblər. Arayışa görə, Cozef Oberhansleyin əqli durumu yerində olmadığı üçün onun məhkəmə qarşısına çıxarılmasını yolverilməz olduğu qeyd edilib. Hakim bu haqda qərar vermək üçün əlavə mütəxəssis qiymətləndirməsi tələb edib.

Psixoloqlar və psixiatirlər tərəfindən aparılan müayinədən sonra hakim Cozef Oberhansleyin əqli durumunun yerində olmadığı və dəli olduğunu haqda qərar çıxarıb. /teleqraf.com/

Oxşar xəbərlər