Mersində terror partlayışı - yaralananlar var

  • 17 okt 2017, 19:11
Türkiyənin Mersin şəhərində polis avtomobilinin partladılması nəticəsində 12 nəfər yaralanıb.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Mersin Valiliyindən bildirilib.

Yaralananlar arasında polis əməkdaşları da var.


***

Türkiyədə polisin xidməti avtomobilinə hücum edilib.

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Mersin şəhərində polis avtomobili partladılıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.

Ölən və yaralananlar barədə xəbər yoxdur.
Oxşar xəbərlər