Türklərlə suriyalılar arasında kütləvi dava Mersində

  • 18 apr 2017, 07:41

Türkiyənin Mersin rayonunda suriyalılarla yerli sakinlər arasında gərginlik baş verib.

Belə ki, Adanalıoğlu məhəlləsində çadır quraraq yaşayan, burada əkinçiliklə məşğul olan suriyalılarla yerli sakinlər arasında davaya borc məsələsi səbəb olub. Məlumata əsasən, baş verən mübahisə sonradan böyük davaya şevrilib. Davada bir nəfər yaralanıb, bəzi iş yerlərinin pəncərələri sındırılıb, bir avtomobilə maddi ziyan dəyib.

Hadisə yerinə gələn icra nümayəndəsi Hamdi Bilge və polislər davanın qarşısını ala biliblər. Mətbuata açıqlama verən Hamdi Bilge baş verən hadisədən təəssüfləndiyini, suriyalıların məhəllədən köçürüləcəyini bildirib. Bundan sonra suriyalılar avtobuslara mindirilərək başqa səmtə köçürülüb.

Demokratik.Az

Oxşar xəbərlər