Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:02 - 17.09.2019  
Hafiz Hacıyev Əli Həsənova ittihamlar yağdırdı
Tarix: 23-08-2017, 08:52 | Bölmə: ---

"Heç olmasa, ölkə ictimaiyyətinə hörmət edib, istefa versin”

Hafiz Hacıyev Əli Həsənova ittihamlar yağdırdıMüasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Yeni Müsavat”a açıqlamasında son zamanlar ölkədə məmur övladlarının özbaşınalığından danışıb. O, əsasən Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri ("Qaçqinkom”) Əli Həsənovu hədəf alıb: "Cəmiyyətdə son zamanlar məmur övladları ilə bağlı xoşagəlməz hallar yaşanır. Məsələn, ”Qaçqınkom"un sədri Əli Həsənovun nəvəsinin milyonlarla dollar dəyərində maşın kolleksiyasının olduğunu gördük.


Hələ bu, sərvətlərinin çox az bir hissəsidir. Ümumiyyətlə, burada, sadəcə olaraq, məmurun nəvəsinin harınlaşmasından söhbət gedir. Əli Həsənovun özü bir zamanlar Azərbaycan ictimaiyyətinə nəsihət, təlim-tərbiyə verirdi ki, mənim övladlarım belədir, elədir. Axırı gördük nələr çıxdığını. 21 yaşında uşağın 5-6 milyonluq maşın kolleksiyasının olması kiçik məsələ deyil. İndi də vurub 2 nəfəri öldürdü, həbsxanada komfort həyat yaşayır. Burada söhbət baş nazirin müavini Əli Həsənovdan gedir. Əli Həsənov dövlət tərəfindən Azərbaycanın məcburi köçkünlərinə ayrılan pulları mənimsəyib. Bu adamın Sumqayıtda onlarla mənzili var. Bir generalın oğlu hansısa sürücüyə sillə vurdu və dərhal atası vəzifədən kənarlaşdırıldı. O zaman bəs niyə Əli Həsənov vəzifədən getməməlidir? Nə üçün bu adam nəvəsinin sahib olduğu pullara görə hesabat verməməlidir? Bu məsələlər çox ciddidir. Biz yalnız dövlət başçımızı qorumalıyıq. Çünki dövlətin atributu onun başçısıdır. Yoxsa biz daha durub hökumətin üzvlərini qorumamalıyıq. Onların əksəriyyəti korrupsionerdir. Hansını tərpədirsənsə, altlarından milyonlarla dollar, tonlarla qızıl çıxır. Bizim bəzi yoldaşlar dövlətlə hökuməti qarışdırırlar. Baxın, Tağı Əhmədov milyonları yedi, indi də cəzasız ortalıqda gəzir. Eldar Mahmudovla Ziya Məmmədov da onun kimi. Ziya Məmmədov faktiki olaraq milyardları yığdı, indi də aparıb Milli Şuranı maliyyələşdirir. Yaxşı, bunları kənara qoyaq, bəs 70 yaşlı Əli Həsənov niyə vəzifədə qalmalıdır bu qədər hadisədən sonra? İkinci tərəfdən də, bu adam hələ Yeni Azərbaycan Partiyasında da müavin vəzifəsindədir. Heç olmasa, ölkə ictimaiyyətinə hörmət edib, istefa versin. Onun nəvəsini kukla kimi təcridxanada kondisionerli otaqda oturtmağın nə mənası var? Sabah da hansısa adla məhkəmədən azad edəcəklər".


H.Hacıyev hesab edir ki, xalqın arasında Əli Həsənova qarşı çox böyük qəzəb var: "Bu adama xalq arasında nifrət var. Sosial şəbəkələrdə də onunla bağlı müxtəlif fikirlər gəzir ki, bunlar da nəzərə alınmalıdır. Bu adam şəhərciklərdə məcburi köçkün olmayan şəxslərə evlər paylayıb. Sahib olduğu evləri yataqxanalarda yaşayan məcburi köçkünlərə verməlidir. Bu adamın işi ciddi şəkildə yoxlanılmalıdır. Vaxtilə Əli Həsənov mərhum prezident Heydər Əliyevə də xəyanət edib. Onun Azərbaycana gəlməsini istəməyib. İndi nə oldu, belələri vəzifədədir, bu yolda can qoyan bizim kimilər də dilənir. Bunların hamısını nəzərə aldıqda deyə bilərik ki, Əli Həsənov bir gün də olsun vəzifədə qalmamalıdır. Qaçqınlara ayrılan milyardlarla pulun əksəriyyəti bu adamın cibində, bank hesablarında, qohumlarındadır”.


Vilyam Hacıyevin təltif olunması barəsində H. Hacıyev aşağıdakıları söylədi: "Vilyam mənim atamın əmisi oğludur. Onun vətənə hansısa xidmət etməyini görməmişəm. Əgər ölkə başçısı ona orden verilməsini münasib bilibsə, buna qarışmaq bizə düşməz. Görünür, belə məsləhət bilinib. Vilyama ordeni mənim xətrimə veriblər. Yoxsa onun elə bir hörməti yoxdur. Mənim xidmətlərimə görə Vilyam orden alıb”.


H.Hacıyev onu da qeyd edib ki, partiya olaraq ciddi şəkildə prezident seçkilərinə hazırlaşırlar:


"Çox ciddi hazırlaşırıq. Ancaq bir məsələni qeyd edim ki, bizim üçün önəmli olan əsas məsələ dövlətin müstəqilliyi, varlığıdır. Ona görə də seçkilərə tam hazırlığa start vermişik. Müavinlərimiz rayonlara gedir, özüm partiya üzvləri ilə görüşlər keçirirəm. Artıq təbliğat işlərini qurmuşuq. Partiyanın rəhbərliyi yayın qızmar günündə belə insanların içərisində olub, onlarla söhbətlər aparıb. Arzu edərdim ki, rəqiblərim daha güclü olsun və eyni zamanda milliyyət baxımından qarışıqları olmasın”.

Xəbər 2786 dəfə oxunub






Oxşar xəbərlər

Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26707] initstartout [0.00017] initstartin [0.00070] calstart [0.00978] calend [0.00052] topnewsend [0.00470] rsssend [0.00000] ehgend [0.01449] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.23601]