Qaçqınkom sədrinin komitəyədək uzanan ailə podratı

  • 18 iyul 2016, 19:27
Əli Həsənov deyəsən "Qaçqınkom” və digər qurumlarda qohumlarına məmur mündiri geyindirib ?
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindəki "qohumluq siyasəti” ilə bağlı bir sıra xəbər portallarında məlumatlar yer alıb. Belə ki, yayılan məlumatlara görə komitə sədri Əli Həsənov bura özünün yaxın qohumlarını, dostlarını və tanışlarını yığıb ki, bu da məcburi köçkünlərin sosial durumunun normallaşmasında əngəl yaradan amil olmaqla yekunlaşmır.Ortada komitə sədrinin tutduğu vəzifəsindən istifadə etməklə tabeliyində xüsusi "ailə podratı" yaratması kimi bir təhlükə də var. Çünki bu quruma ayrılan vəsaitlərin yeyib-dağıdılması,digər irihəcmli maxinasiyaların həyata keçirilməsi komitə sədrinin bu qohumbazlıq prinsipləri ilə uzlaşandır.

Göstərilən iddianın isbatı elə də çətin deyil. Komitə sədrinin müavini Gəray Fərhad oğlu Fərhadov Ə.Həsənovun xalası oğludur. Məlumata görə,sədrlə qohumluqdan istifadə edən Fərhadov məcburi köçkünlər üçün nəzərdə tutulan müxtəlif yardımların dağıdılmasında birbaşa pay sahibidir. Bizə çatan məlumatlara görə, komitə sədri ilə Novxanıda qonşu olan müavin Mehdiabad yolunun üstündə tikilən mənzillərin sahiblərinə paylanması zamanı ədalətsizliyə yol verib.
 Orda yaşayan şəxslərin hələ xeyli müddət öncə cumhuriyyet.az əməkdaşına bildirdiyinə görə, mənzillər bəzi qaçqın ailələrinə pulsuz verilsə də, onlarla ailə haqları olan evləri almaq üçün "hörmət” etməli olublar. Həmçinin məcburi köçkün olmayan ailələrə də nəyinsə qarşılığında mənzil verilib. Komitənin şəhərcik üzrə nümayəndəsi də mənzillərin məcburi köçkün olmayan ailələrə verildiyi barədə söylənilənləri dolayısı ilə təsdiq edib. "Bu mənzillər tam təmirsizdir. Lakin məcburi köçkünlərə verilən mənzillər "Qaçqınkom”un Sosial İnkişaf Fondu tərəfindən alınaraq təmir edilir və sonda köçkünlərin istifadəsinə verilir. Binalar inşa olunarkən yerli sakinlər tərəfindən sifarişçilər olub. Mənzillər hazır olan kimi onlar öz mənzillərinə köçürülüb”.

Komitənin Mənzil İstismar Departamentinin direktoru Əliyev Pənah Nəbi oğlu da Əli müəllimin qohumlarındandır. Komitə sədrinin bacısının yoldaşı da "Qaçqınkom”da vəzifə tutur. Sosial Təminat və Humanitar Yardım Şöbəsinin sektor müdiri Elman Quliyevi də "Qaçqınkom” rəhbərinin qohumluq siyasətinə bağlayan bənzərliyi var. Məlumatlara görə, qurumun elə bir şöbəsi yoxdur ki, orda sədrin qohumları təmsil olunmasınlar. Həsənovun özü kimi, qardaşlarının da hamısı vəzifə sahibidirlər.

Komitə sədrinin qardaşı Ramiz Həsənov isə Zəngilan rayon İcra Hakimiyyətinin başçısıdır. Zəngilan camaatının qayğısına qalmaq istəməyən R.Həsənovun qardaşının köməyi ilə bu vəzifəyə gəlməsi artıq bəllidir. Digər qardaş İlyas Həsənov isə Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsinin rəisidir. Sumqayıtda yaşıllıqların vəziyyəti göz önündədir. Bir sözlə, komitə sədri həm öz ailə üzvlərini, həm də qohum-əqrəbasında olan bütün insanları işlə təmin edə bilib...(mövzu diqqətimizdədir)



Demokratik.Az adıçəkilən hər kəsə söz haqqı tanıyır...
Oxşar xəbərlər