Zəhra və nənəsinin məzar daşı hazırdır

  • 12 avq 2017, 09:54

Ermənistan silahlı qüvvəllərinin bu  il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva qətlə yetirildi.

Demokratik.Az-ın məlumatına görə, sabah - avqustun 13-də azyaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın 40 mərasimi keçiriləcək. Füzuli rayon İcra Hakimiyyətindən verilən açıqlamaya görə, mərasimdə rəmi şəxslərin də iştirakı gözlənilir.

Bu arada azyaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın məzar daşı ötən gündən hazırdır. Hətta mərhumların məzarüstü abidəsinin qoyulduğu bildirilir.

Allah rəhmət eləsin, qəbirləri nurla dolsun!

Demokratik.Az

Oxşar xəbərlər