Kikboksinq Federasiyası balaca Zəhranın məzarını ziyarət edib

  • 10 iyul 2017, 10:38

Bu gün Azərbaycan Kikboksinq Federasiyası (AKF) Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonu Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olduğu yeri ziyarət edib.

SalamNews-un məlumatına görə, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyev bu barədə bildirib.

Millət vəkili qeyd edib ki, bu gün Alxanlı kəndində hiyləgər düşmənin atəşinə tuş gələn Zəhra balamızın qəbrini ziyarət etdik: "Azərbaycan Kikboksinq ailəsi olaraq körpə şəhidimizi ziyarət zamanı bir daha əmin olduq ki, erməni terrorçularının azərbaycanlılara qarşı varvarlıq, vəhşilik hissləri qalmaqda davam edir. Ermənilər hər zamankı kimi körpələri hədəf alaraq öz xislətlərini öz sifətlərini göstərmiş oldular. Bu vandalların isə qarşısını yalnız Ali Baş Komandanımızın əmri ilə Azərbaycan əsgəri ala bilər. Qana-qan prinsipi, sönməyən qisas alovu şərəfsiz düşməni məhv edəcək. Bu gün Zəhra balamızla yanaşı, erməni qaniçənlərinin qətlə yetirdikləri onlarla şəhid balalarımızın qisaslarının alınması günü uzaqda deyil. Biz, hər zaman əmrəhazırıq".

Demokratik.Az

Oxşar xəbərlər