Bakının məşhur plazasında atışma olub

  • 06 may 2017, 15:58

Bakıda ofisdə qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə İraq Hava Yollarının Bakı ofisində qeydə alınıb.

Orta yaşlı naməlum şəxs ofisdə işləyən şəxsin baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakı şəhərindəki "Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.

İraqın Azərbaycandakı səfirliyindən verilən məlumata görə sözügedən şəxs səfirliyin əməkdaşı Nemət Ağalının qardaşı, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğludur. O, "Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. 

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. 

14:11

Bakı şəhərindəki "Demirchi Tower” biznes mərkəzində, İraq Hava Yollarının ofisində silahlı insident baş verib.

İnsident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib.

 

 

Demokratik.Az

Oxşar xəbərlər