Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:06 - 20.01.2020  
Ərdoğanla Putinin görüşündə mühüm razılaşmalar
Tarix: 4-05-2017, 09:04 | Bölmə: ---

Türkiyə prezidenti: "Danışıqların nəticələrini bir neçə gündən sonra görəcəksiniz”; "İki ölkə arasında münasibətlər xüsusi status əldə edir və tam bərpa olunur”

Ərdoğanla Putinin görüşündə mühüm razılaşmalarMayın 3-də Soçidə Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. "Report” bildirir ki, görüş zamanı V.Putin iki ölkə arasındakı münasibətlərin xüsusi status əldə etdiyini və tam bərpa olunduğunu bildirib.

R.T.Ərdoğan isə rəsmi Moskva və Ankaranın birgə səylərinin Yaxın Şərqdəki vəziyyətə təsir edə biləcəyini açıqlayıb.
Həmin görüşün sona çatmasından sonra hər iki prezident mətbuat konfransı keçirib.

"Rusiya prezidenti ilə aparılan danışıqların nəticələri bir neçə gündən sonra görünəcək”. Trend.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra mətbuat konfransında bildirib.

Rusiya və Türkiyə prezidentlərinin Soçidə baş tutan görüşündə maraqlı anlar yaşanıb.

"RİA Novosti" xəbər verir ki, liderlər Rusiya prezidentinin "Boçarev ruçey" iqamətgahının danışıqların keçiriləcəyi zalına daxil olarkən Türkiyə nümayəndə heyətində olanlardan bir neçəsi xeyli müddət onlar üçün ayrılmış yerləri tapa bilməyib.
Harada əyləşəcəklərinə qərar verə bilmədiklərindən prezidentlər söhbətə başlamaq üçün onları gözləməli olublar. Vladimir Putin isə yaranmış vəziyyətə yumorla müdaxilə edib və "səninkilər işləmək istəmirlər”, - deyə həmkarı Ərdoğanla zarafatlaşıb...

***

"Ərdoğan-Putin görüşünü iki ölkə arasında 2015-ci ilin məlum təyyarə hadisəsindən sonra pozulan əlaqələrin bərpası istiqamətində atılan növbəti addım kimi qiymətləndirmək olar”.

Politoloq Şahin Cəfərli bu fikirləri Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən və 3 saat davam edən görüşü musavat.com-a dəyərləndirərkən dedi. Rəsmi məlumata əsasən, görüşdə ikitərəfli əlaqələrin inkişafı və genişləndirliməsi, Suriya münaqişəsinin həlli məsələləri müzakirə edilib. Məlum təyyarə olayından sonra iki dövlət arasındakı münasibətlərində yaranan problemlərin tam aradan qaldırılması üçün ümidlər bəslənən Soçi görüşündən gözləntilər böyük idi.

Qeyd edək ki, R.T.Ərdoğan Ankaradakı hava limanındakı açıqlamasında münasibətlərin normallaşması üçün qarşı tərəfin Türkiyəyə qarşı bütün ticarət sanksiyalarını ləğv etməsinin zəruri olduğunu bildirmişdi. "100 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq istəyiriksə, bütün bu məhdudiyyətləri dərhal və tamamilə aradan qaldırmaq lazımdır”, - Ərdoğan demişdi. Görüşün bundan sonrakı mərhələdə Ankara-Moskva əlaqələri üçün nələr vəd etməsi haqqında danışan Ş.Cəfərli xatırlatdı ki, prezidentlər artıq əlaqələrin normallaşması mərhələsinin başa çatdığını və inkişafın başladığını da bəyan etdilər, lakin bu, bir qədər nikbin qiymətləndirmədir: "Çünki Rusiyanın Türkiyə aqrar sektorunun əsas məhsulu olan pomidorların idxalına qoyduğu qadağa davam edəcək. Rusiyanın Türkiyə vətəndaşları üçün tətbiq etdiyi viza rejimi də qüvvədə qalacaq. Bunun əsas səbəbi odur ki, Moskva Türkiyənin təhlükəsiz ölkə olduğuna inanmır və bu ölkə vasitəsilə terrorçuların Rusiyaya daxil ola biləcəyindən ehtiyatlanır”.

Ş.Cəfərli vurğuladı ki, öz növbəsində prezident Ərdoğan Türkiyənin Rusiyadan taxıl məhsullarının idxalına qoyduğu qadağanın ləğv edilib-edilməyəcəyinə aydınlıq gətirmədi: "Əgər bu qadağa Rusiyanın pomidor embarqosu ilə bərabər qüvvədə qalırsa, onda ticarət əlaqələrinin tam həcmdə bərpasından söhbət gedə bilməz”.

Politoloq şübhə etmir ki, siyasi-təhlükəsizlik sahəsində əsas müzakirə mövzusu Suriya problemi olub: "Rusiya və Türkiyə Astana formatı çərçivəsində bu məsələdə yaxın əməkdaşlıq edir. Lakin iki təməl məsələ - Əsədin gələcəyi və kürd məsələsi ilə bağlı fikir ayrılıqları var. Rusiya Əsədi himayə edir, Türkiyə isə Əsədsiz Suriyanın fəal tərəfdarıdır. Bundan başqa, Rusiya ABŞ-la birlikdə PYD-YPG qruplaşmasının əsas himayəçilərindən biridir, Türkiyə isə bu silahlı qruplaşmanı terror təşkilatı sayır və Suriyanın şimalında kürd qurşağının yaradılması məsələsini öz milli təhlükəsizliyi üçün 1 saylı təhdid sayır”. Eksert qeyd etdi ki, prezidentlərin mətbuat konfransında bu məsələlər üzrə tərəflərin anlaşıb-anlaşmadığı məlum oladı: "Düşünürəm ki, Əsədin gələcəyi məsələsində Türkiyə səbr göstərə bilər, bu baxımdan, mövqelərin yaxınlaşması mümkündür, lakin kürd məsələsində Rusiya və Türkiyənin ortaq mövqeyə gələcəyinə inanmıram. Bu mövzuda köklü fikir ayrılığı davam edəcək”.

Milli Məclisin deputatı Fazil Mustafa musavat.com-a bildirdi ki, bu görüş indiki şəraitdə mühüm əhəmiyyət kəsb edir: "Soçi görüşü Türkiyə üçün yeni siyasətin formalaşması baxımından faydalıdır. Rusiya üçün də təcrid olunmadan uzaqlaşmaq üçün əlverişli partnyorla yeni əməkdaşlıq formatı ola bilər. İndiki durumda hər iki ölkənin üst-üstə düşən maraqları daha çox olduğudan görüşün müsbət nəticələrinə ümid bəsləmək olar”.

Politoloq Elçin Mirzəbəyli bu fikirdədir ki, Soçi görüşünün nəticəsi olaraq diqqət çəkən əsas məqam prezident Putinin Türkiyə-Rusiya münasibətlərinin bərpasının başa çatdığını bəyan etməsidir: "Bu isə o deməkdir ki, hər iki ölkə arasında həyata keçirilməsi nəzərdə tutulan Akkuyu AES-in tikintisi və Türk axını layihəsi davam etdiriləcək. Həmçinin iqtisadi əməkdaşlıq əvvəlki məcrasına qaytarılacaq”. Siyasi analitik qeyd etdi ki, görüşdə diqqət çəkən digər məqam Suriya böhranının həlli ilə bağlıdır: "Burada isə Türkiyə ilə Rusiya arasında Suriyada təhlükəsizlik zonasının yaradılması barədə də razılığın əldə olunması diqqət çəkir. Bu, şübhəsiz ki, PKK terror təşkilatı və onun qolları ilə mübarizədə Türkiyə üçün olduqca vacib bir məsələdir”.

Politoloqun nəzərincə, diqqət çəkən digər məsələ isə hər iki ölkə rəhbərinin təhlükəsizlik və kəşfiyyat qurumlarının terrora qarşı mübarizədə birgə hərəkət edəcəklərini, hətta rus turistlərin təhlükəsizliyinin təmin olunması istiqamətində də əməkdaşlığa üstünlük verəcəklərini vurğulamalarıdır: "Görüşü Türkiyənin maraqları baxımından uğurlu hesab etmək olar”.

Politoloq qeyd etdi ki, ABŞ-ın kürd separatçıları ilə Türkiyə arasında yaratdığı bufer zonasından sonra Rusiya-Türkiyə təhlükəsizlik zonaları barədə razılığın əldə olunması çox maraqlı gedişdir.

Sözsüz ki, iki nəhəng dövlətin paytaxtları arasında əlaqələrin normallaşması Azərbaycanın da maraqlarına tam uyğundur. Hətta münasibətlərin yeddi ay müddətində soyuduğu dövrdə əlaqələrin bərpası üçün Bakı öz tərəfindən gərəkəni etmişdi və sonradan bu, rəsmən bəyan olundu. Bu mənada Moskva-Ankara yaxınlaşmasının Qarabağ münaqişəsinin həllinə də təsir göstərəcəyinə ümidlər çoxdur. Lakin Soçi görüşündən gələn ilkin məlumatlar və prezidentlərin brifinqindən belə aydın olur ki, Qarabağ məsələsi prioritetlər sırasında olmayıb.

E.Mirzəbəyli də qeyd etdi ki, mətbuat konfransında Qarabağ probleminin həlli ilə bağlı hər hansı bir fikrin səsləndirilməməsi, problemin üzərindən "regional məsələlərin həlli” müstəvisindən dəyərləndirilmələr aparılaraq keçilməsi maraq doğurur.

E.PAŞASOY

Xəbər 2986 dəfə oxunub






Oxşar xəbərlər

Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub
Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi
Əfv Komissiyasının yeni sədri kim olacaq?
Daşkəsən polisi özbaşına ovçuları yaxalayıb
Xaçmazda ev oğruları saxlanıldı
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət
İlham Əliyev Ermənistanın yalanlarını faktlarla ifşa etdi
Kəlbəcərlilərin daha bir Millətvəkilliyinə adayı qeydə alındı - O ŞAİRDİR
Efirdə rüsvayçılıq! "Ayıb olsun sənə, özgə kişini saxlayırsan"
Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı
“Ünvanlı sosial yardım proqramı genişləndiriləcək”
Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”
"Sizə cərimə yazılacaq” - Sığorta şirkətləri vətəndaşları hədələyir
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiq edildi
Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır
Yeməkdən sonra isti çay içməyin!
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
İran Kanadanın bütün nümayəndələrinə viza verib
Fəridə Əzizova jurnalistləri məhkəməyə verib
Qanunları heçə sayan “efir müstəntiqləri”
Vilayət Eyvazov generalın qardaşını işdən çıxardı
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
Qəbul qaydalarına dəyişikliklər haqqında Nazirlər Kabinetinin qərarının İZAHI
Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edildi
Roman Qriqorçuk "Astana"dan ayrıldı - Rəsmi
Prezident yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır?
“Donald Trampı Ağ Evdən qovacam”
“Ana, məni zorlayıblar” – 18 yaşlı qız özünü öldürdü

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30124] initstartout [0.00019] initstartin [0.00069] calstart [0.00938] calend [0.00053] topnewsend [0.00378] rsssend [0.00000] ehgend [0.03111] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25487]