"Naibə Allahverdiyeva ölməyib, yalandır"

  • 23 mart 2017, 10:27
osial şəbəkələrdə Azərbaycanın əməkdar artisti Naibə Allahverdiyevanın dünyasını dəyişdiyi xəbəri yayılıb.

Belə ki, sosial şəbəkələrdə Naibə xanımın gecə saatlarında səhhətinin pisləşməsinə görə xəstəxanaya aparıldığı və daha sonra isə dünyasını dəyişdiyi yazılıb.

Sözügedən xəbərlə bağlı metbuat.az əməkdar artistlə əlaqə saxlayıb. Naibə Allahverdiyeva açıqlamasında haqqında yazılanların şaiyə olduğunu dedi: "Mən bilmirəm ki, hansı sayt haqqımda belə xəbər yayıb. Yəqin mənim düşmənlərim, məni istəməyənlərdir. Səhhətim çox yaxşıdır. Heç xəstəxanaya da getməmişəm. Düzdü, anam rəhmətə getdikdən sonra özümü çox pis hiss edirdim. Hətta müalicə də aldım. İndi özümü toparlamışam”.
 
Demokratik.Az
Oxşar xəbərlər