O mirasını əsgərlərə bağışlayıbmış

  • 27 fev 2016, 21:56
Ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva mirasının Azərbaycan əsgərlərinə bağışlanmasını vəsiyyət edib. 
Bu barədə tanınmış teleaparıcı Elgiz Əkbər məlumat verib. Onun sözlərinə görə, İ.Quliyeva ölümündən bir ay öncə onu yanına çağıraraq vəsiyyət edib.
"İlhamə xanım məni yanına çağırdı və vəsiyət elədi ki, öləndən sonra onun var-dövləri Azərbaycan ordusunun hesabına köçürülsün. Sonra dedi ki, məni anamın yanında dəfn edərsiniz və üzümə anamın qırmızı yaylığını örtərsiniz. İlhamə xanım bundan başqa yas mərasiminin keçirilməsi ilə bağlı istəklərini dilə gətirdi. O, məndən xahiş etdi ki, bu vəsiyyəti mətbuat vasitəsilə bütün Azərbaycana çatdırım”. 
Elgiz Əkbər xalq artistinin rəsmi formada vəsiyyət yazmasından xəbərsiz olduğunu bildirib: "Bu barədə xəbərim yoxdur. Mən sadəcə xalq artistinin dedklərini bildirdim. Oğlu Orxanın vəsiyyətə necə münasibət göstərəcəyi haqqında heç nə deyə bilmərəm. Onunla bu barədə məsləhətləşməmişəm. Çünki İlhamə xanım oğlu ilə bağlı mənə heç nə demədi”. 

Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva ötən gün 73 yaşında dünyasını dəyişib.
Oxşar xəbərlər