Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Mövludun intiharının bəzi təfərrüatları məlum oldu
Mövludun intiharının bəzi təfərrüatları məlum oldu
- 16 mart 2017, 20:37
Gənc yazar Mövlud Mövludun intiharının bəzi təfərrüatları məlum olub.
Musavat.com xəbər verir ki, gənc yazar bir müddət imiş ki, ailədaxili problemlərlə bağlı stress keçirirmiş.
Bir uşaq atası olan gənc yazar intihar etmədən bir müddət əvvəl 2 həftə nevroloji dispanserdə müalicə də alıb. Psixoloji sarsıntı keçirən M.Mövlud ətrafında olan bəzi dostlarına intihar edəcəyini deyirmiş. Lakin onu optimist biri kimi tanıyan dostları gənc yazarın belə bir addım atacağına inanmayıblar.
Mövlud Mövlud Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsindən özünü atıb.
Bu bina Mövludun kirayədə yaşadığı evin yaxınlığında yerləşir. Axşam saatlarında qeyd edilən ünvana gələn gənc yazar intihar edib.
1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlunun həyat yoldaşı da gənc yazar Sevinc Fədaidir.
Xatırladaq ki, gənc ailə 2015-ci ildə Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğında zərər çəkmişdilər. Sevinc Fədai 40 günlük körpəsi ilə yanan binadan sonuncu çıxarılan sakinlərdən olmuşdu.
Hazırda gənc yazaran cənazəsi Qazaxdakı ata evinə aparılır
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Xaçmazda intihar-gənc özünü asdı
Gənc qızla oğlan özünü dənizə atdı-intihar
Ermənilərin yaraladığı gənc qəzada öldü
Bakıda dəhşətli imtihar: özünü 12-ci mərtəbədən atdı
Dünyanın ən gənc anası-5 yaşında(Fotolar)
Gənc oğlan at arabasının altında qalıb -Qaxda
Prezident gənc istedadları xüsusi təqaüdə layiq görüb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti