Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:18 - 17.10.2018  
Abid Şərifovun şirkətindən şikayət var
Tarix: 9-03-2017, 20:05 | Bölmə: ---

Abid Şərifovun şirkətindən şikayət varSiyəzən rayon sakini Seyfəddin Baloğlanov Avro-Asiya İnşaat Korporasiyası "Evrascon” ASC-nin rəhbərliyindən şikayətçidir. Şikayətçi bildirib ki, şirkətlə 3 illik əmək müqaviləsi olduğu halda, bir il işlədikdən sonra onu işdən azad ediblər.

Eyni zamanda şikayətçi, şirkətdə çalışdığı müddətdə 12 saatdan çox işlədildiyini, artıq saatların pulunu ala bilmədiyini söyləyib. Şikayətçi müvafiq qurumlara müraciət edib kömək ala bilməyincə, məsələni ictimailəşdirmək üçün musavat.com-a müraciət edib.

Seyfəddin Baloğlanov şikayətini geniş formada aşağıdakı kimi danışıb: "2015-ci ilin mart ayında "Evrascon” şirkətinə çilingər kimi işə düzəldim. Həmin zaman mənimlə 3 illik əmək müqaviləsi bağlandı. İş saatım səhər saat 7-də başlayırdı, axşam saat 19-da bitməli idi. Lakin demək olar ki, hər gün iş saatından artıq işlədirdilər. Həmçinin bayram günlərində də işləyirdik. Lakin artıq işlədiyim saatların pulunu vermədilər. Ümumiyyətlə, haqsızlıq çox idi. Bir neçə aydan sonra Səfi adlı mexanik təyin olundu. O da maaşımızı kəsdi. Əvvəl 750 manat alırdım, azaldıb 550 manat etdilər. Dedi ki, belə olmalıdır. Haqqımı tələb edəndə isə məni Hacı Zeynalabdin qəsəbəsinə (Nasosnu) göndərdilər. Dedilər ki, bu adam dövlətin əleyhinədir, təxribata əl atır. 2016-cı ilin mart ayında isə məni işdən azad etdilər. Qeyd etdiyim kimi müqaviləm 3 illik idi. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə müraciət etsəm də xeyri olmayıb”.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün şirkayətdə adı çəkilən mexanik vəzifəsində çalışan Səfi adlı şəxslə əlaqə saxladıq. O, bildirdi ki, şirkətdə heç kimin maaşı kəsilmir. Çünki burada görülən işə uyğun pul verilir: "Müqavilə məsələsinə mən baxmıram. Ancaq maaşa gəlincə isə burada heç kimin haqqı kəsilmir. Kim nə qədər işləyirsə, o qədər də əmək haqqı alır. Bir ay 700 ala bilərsən, gələn ay 800 də alarsan. Yəni görülən işə bağlıdır. Ona görə də şikayətçinin söylədikləri əsassızdır. Hazırda şirkətdə heç bir maaş problemi yoxdur. İşləyən hər kəs normal qaydada öz əmək haqqını alır. Artıq işləyən adam da çox qazanır”.

Onu da qeyd edək ki, 2015-ci ildə mətbuatda "Evrascon” ASC-də maaşların gecikdirilməsi ilə bağlı şirkətin əməkdaşlarının şikayətləri əsasında məlumatlar dərc olunub. Həmin məlumatlarda şirkətin baş nazirin müavini Abid Şərifova məxsus olduğu iddia edilib. Lakin şirkət bu faktı inkar edib. Şirkətdə 2015-ci ildə maaş problemi yaşanıb və işçilər 5 ay əmək haqqı ala bilməyiblər. Bununla bağlı onlar elə bizim redaksiyamıza da dəfələrlə şikayətlər ediblər.

"Evrascon” ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə "Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtilə "Texnomost” adını daşıyan "Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir. Bu şirkət həm də "Evrascon” ASC-nin 16,89 faizinə nəzarət edir.

Əvvəllər "Azərkörpü” ASC olan "Evroscon”un uzun illər bir çox dövlət sifarişlərini birbaşa və tender yolu ilə əldə etməsi həm biznes dairələri, həm də ictimai tikinti sektorunu "kurasiya” edən Abid Şərifov faktoru ilə əlaqələndirilirdi.

Əli Rais,

 

Xəbər 1272 dəfə oxunub






Oxşar xəbərlər

Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
Sabah Bakıda yağış yağacaq
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy
Deputat: "Rus dilinin süni təbliğatı yığışdırılmalıdır”
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir
Qaşıqçı Qətər-Səudiyyə qarşıdurmasının qurbanı olub? - iddia
Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxub
Qida Təhlükəsizliyi Agentliyində KÜTLƏVİ HƏBS
Sabiq vergilər naziri Reanimasiyadadır
Böyük Britaniyada 10 nazir istefa verə bilər
Eldar Əzizova yazılan ŞİKAYƏT Qusara qayıtdı AMMA - "Şair Alxasov düşmən, ev yıxan, qəddar adamdır" - Şikayət
Ekologiya nazirliyinin səlahiyyətləri artırıldı
Türkiyə Bransonu verib, nə aldı? – Hərb başlayır
Ad günü şənliyində atışma: ölənlər var
ABŞ və Türkiyə yeni dönəmə başlayır - İsrail KİV
PKK-da qorxunc olaylar: qadın terrorçu silahı...
Gəncədə icra başçısının müavini vətəndaşları döydü – VİDEO
Fikrət Yusifov məmurlara nəzarət mexanizmi təklif etdi - "İctimai nəzarət gücləndirilsin!"
Sabiq nazir: “Elə xəyanətkar məmurlar var ki...”
BÜRCÜNÜZ – 14 oktyabr
Fransa polisi onlarla çeçeni reketliyə görə saxlayıb
Ağdamın Əfətli kəndindı mina aşkar edilib
Lüksemburqda parlament seçkiləri keçirilib
Təbrizin imam cüməsindən Qarabağ dəstəyi - Fotolar
Türkiyəli məşhur cütlük barışdı
Rövşən Lənkəranskinin mənəvi qardaşı həbs olundu
Səudiyyə kralı Trampdan zəng gözləyir
HƏBSDƏKİ BANKİRƏ ŞOK İTTİHAM - Seçkilərə müdaxilə
Bakını pis günə qoymuş məmurlar hədəfdə
Nemət Pənahlıya 30 sutka həbs verilib
Trampın adamı Bakıya xüsusi təkliflə gəlir
Lotu Quli İstanbulda möhtəşəm sxodka keçirib - DETALLAR
“Prezidentə can borcum var” – jurnalist Səbuhi Məmmədli
Gəncədə FHN-in yeni "zirzəmi qənimi" KİMDİR? - Pulyığanın təqaüd yaşı olmurmuş
İnam Kərimov sədr təyin olunub - Sərəncam
Qəbul və buraxılış imtahanlarında nələr dəyişilib? - Açıqlandı
İranda BİABIRÇILIQ: - 11-14 yaşlı 650 qız ərə verilib
Əli Həsənov yazdı: "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi"
Paşinyanın Serj Sərkisyan yolu və blef - İDDİA
EKSPERT: "Rusiya Azərbaycanda “Amerika laboratoriyası” axtarır"
İsrail ordusu F-35-ləri yoxlayacaq – Əmr
Futbolçu Arda Turan polisdə 3 saat dindirildi /O nə danışıb? – Video
Ölkə başçısı 3 sərəncam imzaladı
Alvi: Qarabağa görə Ermənistanı tanımırıq
Nahidə məşhur mahnısını təqdim etdi - Video
Millimiz möhtəşəm qələbə qazandı - 3:0
Təqaüdə çıxa bilməyən kişi özünü yandırdı - Bakıda
ABŞ-da qasırğa : 800-dən çox aviareys ləğv olunub
Elmar Vəliyev və Gəncənin sabiq "torpaq baronu" bankları belə xortumlayıbmış...
Günün falı: 12 oktyabr
HAVA XƏBƏRDARLIĞI - SOYUQ - LEYSAN - DOLU
Jurnalistlərə tikilən 3-cü bina 2020-də paylanacaq
Mətbuatda şəxsiyyəti alçaltmaya görə yeni cəza - 1 İL HƏBS
Qubada silsilə oğurluq edən 18 yaşlı gənc saxlanıldı
ƏHMƏDZADƏNİN QURUMUNDA NÖQSANLAR: ASC-NİN RƏHBƏRİ İSƏ İLLƏRDİR SUSUR
“Yalan yazırlar, mənə böhtan atırlar” – sabiq nazir
ADAU da Tarla günü - Calal Əliyevin xatirəsinə
“Tikilmiş stansiyalar tam gücü ilə işləmir” - Prezident

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13598] initstartout [0.00015] initstartin [0.00062] calstart [0.00833] calend [0.00045] topnewsend [0.00334] rsssend [0.00000] ehgend [0.00556] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11696]