Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xüsusi təyinatlı hərbi məktəblərə qəbulu başladı
Xüsusi təyinatlı hərbi məktəblərə qəbulu başladı
- 08 mart 2017, 10:17
Aprelin 1-dən 2017-2018-ci tədris ili üçün xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə, Hərbi Tibbi Məktəbinə və hərbi liseylərə ərizə qəbulu başlayır.
Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul iki mərhələdə aparılacaq.
Birinci mərhələdə abituriyentlər həmin təhsil müəssisələrində təşkil olunan həkim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanını verməlidir.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən etibarən ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
TQDK sənəd qəbuluna başladı
Azərbaycanda qəbul imtahanları pulsuz olacaq
Ali məktəblərə yeni qəbul qaydaları
İki hərbi məktəb ləğv edildi
Qabiliyyət tələb edən ixtisaslara qəbulda yenilik ediləcək
Bəzi ixtisaslara qəbul müsabiqədən kənar ola bilər
Təhsil Nazirliyinin 600 direktor axtarışı davam edir
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti