Demokratik TV
Xəbər lenti
Təhsil Nazirliyinin 600 direktor axtarışı davam edir
- 28 mart 2016, 18:49
Məktəb direktorlarının işə qəbulu ilə bağlı elektron ərizələrin qeydiyyatı davam edir.

Nazirlikdən verilən məlumata görə, yeni qaydalara əsasən, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə biləcək. Qeyd olunan göstəricilərə malik olan şəxslər müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilərlər. Qeydiyyatdan keçmək istəyən şəxslər bu səhifəyə daxil olmalıdırlar.
"Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək "Uğur sertifikatı” əldə etmiş şəxslər müraciət edə bilərlər. "Uğur sertifikatı” olan şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti