Xəbər lenti
Bütün xəbərlər

Gürcüstana traktorlar göndərildi - FOTOLAR

  • 03 sen 2016, 19:17
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Gəncə Avtomobil Zavodunun istehsalı olan 8 yeni "Belarus” traktorunu Kvemo Kartli regionunun nümayəndələrinə təhvil verib.

Azərtac xəbər verir ki, İlham Əliyev ötən ilin noyabr ayında Gürcüstana səfəri zamanı Kvemo Kartli regionunun sakinləri ilə görüşündə regionun kənd təsərrüfatının inkişafı ilə bağlı mümkün yardımın göstəriləcəyini bildirmişdi. Prezidentin tapşırığına əsasən bu ilin mart ayında 10 ədəd "Belarus” traktoru və qoşqular Rustavi şəhərində Kvemo Kartli regionunun rəhbərliyinə təhvil verilmişdi. Bu gün daha 8 ədəd traktor və 8 aqreqat komplekti Marneuli rayonuna verilib.

Mərasimdə Gürcüstanın energetika naziri Kaxa Kaladze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, Kvemo Kartli bölgəsinin qubernatoru və digər rəsmi şəxslər iştirak ediblər.


 

Oxşar xəbərlər